100 milyonluq klubları nə gözləyir? -ARAŞDIRMA
Ötən buraxılışda mövcud infeksiyanın futbola, xüsusəndə ingiltərə futboluna vurduğu və vura biləcəyi zərbədən söhət açmışdıq. Bu dəfəki söhbətimiz isə 2019/20 mövsümündə, PL-dakı təxirəsalınmaya qədər, turnir cədvəlində ilk 5-likdə qərarlaşmış klubların çıxışından və "davranışından" olacaqdır.
Ötən ilin ÇL qalibi cari mövsümədə çempion əhvalı ilə və yüksək hazırlıqla başladı. ÇL kubokundan əlavə olaraq klub UEFA super kubokunada yiyələndi. Ötən mövsümlə müqayisədə, heyətdə heç bir dəyişiklik yox idi və skeptiklər bu vəziyyəti neqativ qiymətləndirirdilər. Klubda isə Klopp faktoru hələdə aktualdır və klub PL-dakı mövsümə 8 ardıcıl qələbə ilə start verir. Klubun qələbə seriyasını Mançester Y klubu dayandırır amma məğlub etmir. Klub növbəti 18 oyunu qələbə ilə keçirir, Mançester S, Mançester Y, Çelsi, kimi rəqibləri asanlıqla məğlub edir, liverpul derbisində şəhərin "qırmızı şəhər" olduğunu göstərir. Qələbə və məğlubiyyətsizlik seriyasını isə Uotford klubu dayandırır. ÇL-da isə klubun işləri Kloppun planına uyğun getmir. ÇL-dan kənarda qalması ayrıca mövzudur, bəli hesab tablodadır amma bundan əlavədə nəzərə alınacaq, müzakirə və hətta tənqid olunacaq detallar var. Məncə Liverpul növbəti mərhələyə ATM-dən azı 5 dəfə daha layiq idi, nə isə.
Klub daxilində heç bir nəzərəçarpacaq dəyişiklik olmayıb, yüksəliş var ki, eniş yoxdur, klub stabildir, komanda oyunu və mübarizlik müşahidə olunur. Ümid bəslənən gənc futbolçular potensiallarını artırır. Şübhəsiz ki, dünyanın ən güclülərindən biridir.
Mohamed Salahdan başqa ayrılıqda heç bir futbolçu barədə geniş danışmağa ehtiyac yoxdur, otən mövsüm necə cari mövsümdə eləcə. Salah isə sanki, əşyalarını hazırlayıb və məramı ispaniyanın paxtadınadır.
Q. Nevill: "Son zamanlar Mohamed Salahın oyununu izləyəndə, futbolçunun fikirinin ümumiyyətlə başqa səmtdə olduğu müşahidə olunur. Real madriddən gələn təkliflər barədə düşünmək futbolçunun diqqətini çox yayındırır"
Futbolçu, oynadığı klubda mövsümü vicdanla və müqaviləyə əsasən var güclə başa vurulmalıdır. Mövsüm bitincə isə növbəti addımlar barədə qərar vermək daha əlverişli olur.
2019/20 mövsümü demək olar ki, Liverpulun "cibindədir". İngiltərə fubol rəsmilərinin gələcəkdə infeksiyon tədbirlərlə bağlı verəcək qərarı isə hazırda Liverpulun səbrsizliklə gözlədiyi xəbərdir.
"Premyer Liqada qalibiyyət və ya xalların sayı barədə kəskin düşünmək lazım deyil, sadəcə hər oyunda qalib gəlməliyik." - klubun mövcud durumunda Quardiola məhs belə bir fikir söyləmişdir.
Aydın məsələdir ki, komanda olaraq futbolda, dünən başqa, bu gün başqa, sabah isə başqa ola bilərsən və bu normaldır. Ötən mövsüm Quardiola və klubu ən yüksək göstəricilərlə diqqət mərkəzində idi cari mövsüm isə bunu təkrarlamağa klubun gücü çatmır. Klubda baş verən geriləmənin səbəblərindən bir neçəsi barədə qısaca analiz aparaq.
2017/18 mövsümündə "şəhərlilər" yaxın təqibçilərindən 19 xal qabaqda idi. Ancaq keçən mövsüm bu elədə asan olmadı. Bu mövsüm isə "Mançester Siti" bir çoxu üçün nəhəng bir rəqib olaraq qalısada komandada aşkar problemlər var.
Futbolda, istənilən komandanın "ağsaqqalı" (lideri) olmalıdır. Belə olduğu halda futbolçular özlərini daha əmin, daha arxayın hiss edirlər ki, buda nisbətən yaxşı nəticələrə gətirib çıxarır. Mançester S klubu belə bir təcrubəli lideri ilə yollarını ayırdı. Bəli, söhbət belçikalı futbolçu Vensan Kompanidən gedir.
Con Stounz və Otamendi bu işin öhtəsindən həmin məharətlə gələ bilmir. Transfer pəncərəsi açıq olduğu müddətdə Quardiola, bir qədər qənaət rejimini işə salır və Mənsuru (klubun sahibi) elədə "xərcə salmaq" istəmir. Qənaət isə ondan ibarətdir ki, Harri Maquayra görə lazım olan £80 mln. məbləği verməyə razı olmurlar və beləliklə müdafini tam olaraq lazım olan vəziyyətə gətirməkdənsə yarımmüdafiədən Fernandinyonu arxaya mərkəz müdafiəçisi mövqeyinə, Fabinyonun mövqeyinə isə Atletiko M-dən Rodriqonu daha sərfəli qiymətə (€70 mln.) transfer edirlər.
Fernandinyo, yarımmüdafiəçi olaraq "şəhərlilərin" heyətində 5 sabit mövsüm keçirib və son iki ildə Quardiolanın 4-3-3 sxeminin açar oyunçusu olub. Niyə? Çünki bu sxemlə üç yarımmüdafiəçinin olduğu mərkəz xəttində, braziliyalı futbolçu meydanı əla görür, hiss edir və komandanı əla idarə edirdi. Mərkəzdən bir qədər irəlidə olan həmkarlarının səhvlərini sığortalayır və rəqibin əks-hücumlarını məhv edirdi. Quardiola isə riskli və nəticəsi öncədən məlum olmayan bir addım atdı.
Rodri, cari mövsümdə 26 oyuna 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Uğurlu transfer hesab etmirəm növbəti mövsüm klubda qalsa özünü yaxşı tərəfdən göstərə bilər.
Emerik Laportun aldığı zədə Quardiola üçün xoşagəlməz sürpriz oldu. Müdafiənin mərkəzində sabitliyi lazımınca qoruyan futbolçu uzunmüddətli zədəsi ilə Quardiolanın planlarını alt-üst etdi. Mən əminliklə deyə bilərəm ki, Laportun olacağı təqdirdə klubun bu günə qədər olan nəticələri daha yaxşı ola bilərdi. Təsəvvür edin ki, Liverpul Van Daykı itirib. Təsəvvür etdiniz? Həmin hal Mançester Sitidə baş verir. Nikolas Otamendi isə məcburiyyətdən meydana buraxılan futbolçudur və həmin şansdan yararlanıb, onunda Laportdan heç də geri qalmadığını göstərə bilərdi amma məncə yaş öz sözünü deyir.
PL-da çıxış edən klubların hamısı kifayət qədər təcrübəlidir və komandaların bacarıqlı və britaniya futbolunu tanıyan məşqçilər heyəti var. Hətta aşağı divizyondan gələn komandalar belə Quardiolanın oyun üslubunu bilir və "şəhərlilərlə" qarşılaşanda komandanı həmin üsluba qarşı çıxış etməyə, həmin üslubu sındırmağa kökləyir. Deməyim odur ki, həmin üslubu dəyişmək vaxtıdır. Bəlkədə bu format hələdə keçərlidir amma futbolçular bu üslubla yetərincə çıxış etmirlər, yəqin "doyublar".
Komandanı arxası ilə aparan yeganə futbolçu De Bröynedir. Kevin, meydanın dərinliklərindən irəliləməyi sevən yaradıcı bir futbolçudur. Hər oyun orta hesabla cərimə meydanına 3,6 ötürmə edir. Onun meydanda olduğu vaxt hücumçular topsuz rahat pozisiya seçə bilir. Niyə məhs o olanda? Çunki istənilən pozisiaya rahatlıqla ötürmə edə bilir və bu halda bunu bilən hücumçunun yalnız bir işi qalır - əminliklə hara rahatdırsa orada qərarlaşmaq.
Məlum səbələrə (komandaya qoyulan qadağa) görə növbəti mövsüm De Bröynedə komandanı tərk edənlərdən ola bilər və bunu nəzərə alaraq komanda rəhbərliyi, belçikalı futbolçunu komandada saxlamaq üçün bütün təklifləri hazırlamalıdır.
UEFA tərəfindən komandaya qoyulan qadağanın təsirini hələ görmürük, kimsə "bunu klubda artıq hiss edirəm" deyirsə məncə yanılır və ona deyərdim ki, növbəti mövsümü gözləsin. Bax növbəti mövsümdə kluba qoyulan avroturnir qadağasının təsiri əməlli başlı bilinəcək.
26 fevral 2019-cu ildə Brendan Rodcers, baş məşqçi olaraq "tülkülərlə" 2022-ci ilə qədər müqavilə imzaladı. Mövsümün inamlı bitməsindən və növbəti çempionatın parlaq başlanğıcından sonra Lester rəhbərliyi Rodcers ilə müqaviləni 2025-ci ilə qədər uzatmaq qərarına gəldi. Əla qərar idi, Rodcers komandanı yenidən kəşf etdi və bir neçə futbolçunun potensialını geniş olaraq açmağı bacardı.
Onun gəlişindən sonra Lester dərhal topa və oyuna nəzarəti nəzərəçarpacaq qədər artırdı, komandanın futbolu daha möhtəşəm oldu və göstəriciləri yüksəldi. Yanvar ayının ortalarında Lester, Premyer Liqada Quardiola'nın komandasını geridə qoymuşdu.
Qeyd edim ki, Şekspir və Klod Puel (keçmiş baş məşqçilər) bu göstəriciləri verə bilməmişdir.
Futbolçu olaraq daha çox yadda qalan Kolo Ture hazırda Rocersin köməkçisidir və klubun hazırki vəziyyətində onunda böyük əməyi var.
Rodcersin, futbolçulara olan tapşırıqlarından biri, kəşfiyyatdır. Hücum təşkil etməzdən öncə müdafiədəki 4-lük (Çilluel, Söyüncü, Evans, Pereyra) və daha ön xəttə yer alan Endidi, oyunda uzun nəzarət aparır. Nəzarət artdıqca müdafiə xətti topu və komandanı öz qapısından uzaqlaşdırmalıdır. Komandanın hücum strukturlarından ən çox istfadə olunanı budur.
Lesterin oyununun əsas problemi yüksək və güclü təzyiq altında qeyri sabitlikdir. Rəqibin təzyiqi altında qalan "tülkülər" mərkəz xəttindəki Endidini oyuna cəlb etmirlər və bütün yük düşür müdafiədəki 4-lüyün üzərinə. Nəzərə alsaq ki, Şmeyxel oyuna ayaqla elədə yaxşı qoşula bilmir bu problemi mütləq aradan qaldırmaq lazımdır. Liverpulla oyunda, bu ən çox çətinlik yaradan amil idi.
Azərbaycanlı fanatlara yaxşı tanınan və doğma olan Çağlar Söyüncü mənim, PL-da simpatiya bəslədiyim futbolçulardan biridir. Amma Lesterin problemlərindən biridə bu futbolçu ilə bağlıdır. Mərkəzdə yer alan və oyuna nəzarət edən Endidi əslində daha çox Söyüncüyə arxayın olur, türkiyəli futbolçunun ötürmələri isə nigeriyalı yarımmüdafiəçi üçün nəinki ideal olmur hərdən problem belə yaradır. Məsələ burasındadır ki, Söyüncü topu lazım olan sürətlə və lazım olan ayağa ötürə bilmir. Buna görədə ön xətdəki futbolçular Söyüncüdən ötürmə alanda topu rahatlamağa vaxt sərf edirlər yada topu elə onada qaytarırlar.
Tilemans və Medison. Futbolçuların klub üçün böyük rolu var. Lakin rəqibin cərimə meydanı qarşısında uzaqdan zərbələrə daha çox üstünlük verməsi, oyunun nəticəsinə elədə yaxşı təsir etmir. Qapıya yaxınlaşanda kreativlik üzərində bir azda işləmək tələb olunur.
Əlbəttə ki, komandanın ən vacib "tülküsü" Ceymi Vardi barədə yazmamaq günah olardı. Futbolçu tezliklə bombardirlər siyahısına başçılıq edə bildi, zədələndi amma siyahida lider olaraq qaldı, zədədən qayıtdı, qol vurdu və yenidən siyahıya başçılıq edir. Futbolçu, cari mövsümdə, başla, sol və sağ ayaqla fərqlənib. Əhsən! Söz yox ki, zədə müddətində futbolçunun yeri görünürdü, amma bu növ haldan heç kəs sığortalanmayıb.
İngiltərə futbol liqasının qərarına görə turnir cədvəlindəki mövcüd vəziyyətlə mövsüm dayandırılsa "qızıl buts" mükafatını Vardi alacaqdır.
Hazırda klub turnir cədvəlində 3-cü yerdədir və böyük ehtimalla ÇL-da çıxış edəcək. Növbəti mövsüm Rodcers üçün daha çətin və bol oyunlu olacaq. Ümidvaram ki, klubda olan problemləri görür və aradan qalxması üçün çıxış yolu tapacaqdır.
"Çelsi artıq bir zamanlar olduğu kimi təhlükəli deyil. Əvvəllər bu klubda həqiqətən böyük futbolçular oynayırdı - Ballack, Lampard, Terry, Drogba.".
Bu sözlər, keçmiş almaniyalı futbolçu, Lotar Meteusa məxsusdur.
Futbol ictimaiyyəti Frenk Lemparddan "Çelsidə" nə gözlədiyini bilmirdi. Ancaq artıq "Derbi Kountidə" maraqlı bir məşqçi kimi görünürdü: oyunun bütün hücum aspektlərindəki fikirləri, gənclərə inam, oyunçuların inkişafı və kəşfi.
Kluba qoyulan transfer qadağası və Lempardın səyi nəticəsində, Çelsi akademiyasının gənc futbolçuları özlərini sübut etmək şansı əldə etdilər.
Lesterdən fərqli olaraq "aristokratlar" başlanğıcda, müdafiədə topla daha cəld hərəkət edir və ötürmələri əsasən mərkəzlə edirlər. Sonra top cinahlara ötürülür və beləliklə hücum baş tutur.
Ötən mövsümlə müqayisədə Jorjinyo Çelsidə özünü dahada komfortlu hiss edir. Təcrübə toplayıb və ötürmələri daha keyfiyyətli alınır.
Oyun üslubu baxımından, Çelsi rəngarəng görünür. Klubdakı müxtəlifliyə səbəb var. Klub nisbətən gəncdir, məşqçi təcrübəsiz ancaq məharətlidir, gənc futbolçuların PL təcrübəsi yetərincə deyil və bütün deyilənlərə baxmayaraq klub PL-da 4-cü pillədədir. Odur ki, eksperimentlərə bəraət qazandırmaq olar.
Ancaq növbəti mövsümdə isə bunlar klubun baş ağrısı olacaq və daha aşağı pillələrə sürükləyəcəkdir.
Ötən mövsüm İngiltərə Premyer Liqasında "Mançester Yunayted" mövsümü 6-cı yerdə başa vurdu. 38 qarşılaşmada Sulşerin komandası 66 xal toplayıb, bu hər oyuna orta hesabla 1,73 xaldır. Sulşerin baş məşqçi kimi gəlişindən sonra "şeytanlar" yeni formatda çıxış etməyə başladı və hətta altıncı pillədən dördüncü pilləyə qalxmağı bacardı. Ancaq bütün bunlar uzun sürmədi. Bir ay sonra komanda yenidən 6-cı yerə düşərək motivasiyasını itirit.
Bu yay "şeytanlar" Lesterdən müdafiəçi Harri Maquayeri, Aston Villadan Aksel Tuanbezeni (icarədən qayıdış) və Kristal Pelasdan Aron Van-Bissakanı, Suonsidən isə Danyel Ceymsi transfer edərək heyətini gücləndirməyə qərar verdilər.
Görəsən bu transferlər komandaya fayda verə bilibmi?
Norveçli mütəxəssisə verilən sualların çoxu, mövqelərdən olan hücum zamanı komandanın niyə belə solğun oyunaması ilə bağlıdır. Yetərincə zaman keçib amma "qırmızı şeytanların" hələdə əvvəlcədən nə etmək istədiklərini tam anlamaq olmur.
Aydın məsələdir ki, Bruno Fernandeşin gəlişinə qədər meydanın mərkəzində bacarıqlı bir futbolçu yox idi və komanda çətin duruma düşdükdə komanda şəklində heç bir yedi idea ərsəyə gəlmirdi. Oxşar durumlarda heç Sulşerində planı yox idi. Belə olduğu halda futbolçular yalnız öz individual ustalığına güvənə bilirdi və "komanda oyunundan" heç bir əlamət olmurdu. Fernandeşin gəlişi bəlkədə Sulşeri sudan quru çıxara bilər ki, buda məşqçinin acizliyini göstərən faktordur.
Bəli, Sulşerin müsbət cəhətləridə var. Komandada olan neqativ əhvalı düzəltməyə çalışır və bu onda heç də pis alınmır, futbolçularla gözəl ünsiyyət tapır və bununla belə distiplinar stabillik yara bilib və ən sonda deyim ki, Sulşerin yaxşı futbolçu seçmək qabiliyyəti var. Kluba hansı futbolçunun lazım olduğunu bilir.
Sonda isə deyim ki, bu mövsüm Mançester Y kollektivi olduqca həvəssizdir və futbolçularda heç bir motivasiya yoxdur. Birdən birə böyük məbləğdə maaş verəndə axırı belə olacağını gözləmək lazım idi. Əminliklə deyə bilərəm ki, cari mövsüm MY üçün uğursuz və nəaliyyətsiz bir mövsümdür.
Növbəti buraxılışda görüşənədək.
Emin Şəmsiyev
Oxşar xəbərlər
İngiltərə Premyer Liqasında son turun analizi - Emin Şəmsiyev
Qaranlıq "PUB"lar və ciddi rəqib - 14-cü turun analizi
4 il imtahana hazırlaşan "keb" sürücüləri və Mourinyonun B planı - Analiz
Fəhlə sinfinə mənsub ingilis futbolu - Premyer Liqada 12-ci turun analizi
İngiltərə Premyer Liqasının 9-cu turunun geniş analizi - EKSPERTİMİZ YAZIR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası