reklam
Mahirin ötürməsi komandasına qələbə qazandırdı
Sportfm.az xəbər saytı

Mahirin ötürməsi komandasına qələbə qazandırdı


Polşa Ekstraklasasında 14-cü turun oyunları keçirilir.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" səfərdə "Legiya"nın qonağı olub. Qarşılaşma "Rakuv"un 4:2 hesablı qələbəsi ilə başa çatıb.

8 noyabr

"Legiya" - "Rakuv" - 2:4
Qollar: Kacper Xodına, 56, Vahan Biçaqçyan, 63 – Patrik Makux, 21, Erik Otieno, 58, Olivyer Kvyatkovski, 61, 72

Mahir Emreli keçmiş komandasına qarşı oyuna start heyətində başlayıb. O, görüşün 58-ci dəqiqəsində Erik Otienonun vurduğu qolda məhsuldar ötürmə müəllifi olub. Emreli 73-cü dəqiqədə əvəzlənib.

Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran "Rakuv" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. "Legiya" isə 24 xalla 3-cü sıradadır.

Oxşar xəbərlər

Emrelinin komandasından ikinci qələbə
Mahirin komandası uduzdu - Polşa çempionatı
Mahirin komandası uduzdu
Emrelidən “Rakuv”da beşinci qol
Emreli Polşada yenə diqqət mərkəzində - Qol vurub, qol qaçırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər