Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"nin oyunçuları üçün seminar keçirildi
Bu gün “Palms Sports” Futbol Mərkəzində “Neftçi” PFK-nın U-19, U-17, U-16 və U-15 komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov çıxış edib. O, iştirakçılara antidopinq qaydaları, bu qaydaların idmanda tətbiqi və idmançıların üzərinə düşən məsuliyyət barədə ətraflı məlumat verib.
Seminar zamanı antidopinq tələblərinə əməl olunmasının peşəkar idmanın əsas prinsiplərindən biri olduğu vurğulanıb. Gənc futbolçuların bu sahədə məlumatlılığının artırılması, onların mümkün antidopinq qayda pozuntularından qorunması və idmanda dürüstlük prinsiplərinin təbliği diqqət mərkəzində olub.
Xüsusilə futbolçuların erkən yaşlardan etibarən antidopinq qaydalarını mənimsəməsinin əhəmiyyəti qeyd edilib.
Qeyd edək ki, seminarın əsas məqsədi akademiya komandalarının futbolçu və məşqçi heyətinin antidopinq sahəsində məlumatlılığını artırmaq, onlarda məsuliyyətli idman davranışını təşviq etmək olub.

Oxşar xəbərlər
AMADA “Qəbələ”nin oyunçuları üçün seminar keçirdi
AMADA “Zirə” üçün seminar keçirdi
AMADA oxatanlara seminar keçdi
AMADA-dan “Qarabağ”ın U-19 komandası üçün seminar
5 komandanın üzvləri üçün seminar keçirildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR

Misli Premyer Liqası