Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçular üçün toplanış başladı
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb.
Sportfm.az xəbər verir ki, 9 gün davam edəcək hazırlıq prosesinə müxtəlif bölgələrdən ümumilikdə 60 idmançı (48 oğlan, 12 qız) cəlb olunub. Toplanışın əsas məqsədi cüdoçuların qarşıdakı Azərbaycan çempionatına hazırlıq səviyyəsinin yüksəldilməsi və texniki-taktiki bacarıqlarının təkmilləşdirilməsidir.
Məşqlərə Azərbaycan Cüdo Federasiyasının peşəkar məşqçiləri rəhbərlik edirlər. Proqrama texniki çalışmalar, fiziki hazırlıq və fərdi bacarıqların inkişafına yönəlmiş məşqlər daxildir.
ACF regionlarda cüdonun inkişafına və perspektivli idmançıların mütəmadi hazırlıq prosesinə cəlb olunmasına xüsusi diqqət ayırır. Bu istiqamətdə 2023-cü ildən etibarən region cüdoçuları üçün həm müxtəlif bölgələrdə, həm də Bakıda təlim-məşq toplanışları təşkil edilir.
İdmançıların beynəlxalq təcrübəsinin artırılması məqsədilə bu ilin iyulunda Gürcüstanın Qori şəhərində də region cüdoçularının iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı keçirilib.
Qeyd edək ki, hazırkı hazırlıq prosesi region idmançıları üçün Bakıda təşkil olunan ikinci təlim-məşq toplanışıdır.

Oxşar xəbərlər
Cüdoçularımız Yaponiyada toplanışa başladı
Cüdoçularımız üçün Göygöl toplanışı
Bakıda cüdo məşqçiləri üçün seminar keçirildi
Cüdoçularımız Qoridə təlim-məşq toplanışında
Bakıda beynəlxalq toplanış keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası