reklam
İngiltərə Premyer Liqasında son turun analizi -
Sportfm.az xəbər saytı

İngiltərə Premyer Liqasında son turun analizi -Emin Şəmsiyev


Bir neçə turluq fasilədən sonra yenidən İngiltərədə geridə qalan turu müzakirə edəcəyik.

22-ci tur ən çox mərkəzi "Tottenhem - Liverpul" görüşü ilə yadda qaldı.  Tura isə Şeffild və Vest Hem klubları start verdi.

Kris Uaylderin yetirmələri, son 2 turda məğlub olmalarına baxmayaraq (PL-nın iki nəhənginə, "Liverpul" və "Mançester S." klublarına məğlub olmuşdur) cari mösümdə hələdə sürpriz dolu çətin rəqib imicini qoruyub saxlamaqdadır.

Topa yiyələnmə üstünlüyü daha çox qonaqlarda olsada oyunun birinci hissəsi qarşılıqlı hücumlarla yadda qaldı.

Vest Hemin heyətində, Lansini, həmişəki kimi Deklan Rays və nadir hallarda kluba köməklik göstərən P. Zabaleta inamlı oyunla daha çox yadda qaldı. Yeni baş məşqçinin, Moyesin rəhbərliyi altında yeni nəfəs, daha çox futbolçuya təsir göstərməlidir, əks halda elə Pelleqrininin qalması yaxşı olardı. Klubda nəzərəçarpaçaq dəyişikliklərin olmasının mütləq olduğunu D. Moyes yaxşı bilir. Hazırda hər şey sual altındadır və "klubda ani dəyişikliklər" Moyesin üslubunda deyil.

Ev sahibləri isə gərgin qrafikdən sonra hələdə yaxşı görsənirdi və əsas heyətdə düz 7 futbolçu oyunu yüksək statistik göstəricilərlə başa vurdu. Nəticədə, Oliver MakBörninin vurduğu qolla Şeffild klubu 3 xalı təmin etdi.

Birmənalı olaraq - cari mövsümü, Şeffild üçün artıq uğurlu saymaq olar. PL-da qonaq qismində çıxış etmiş "Vulverhemptonu" yada salın, demək olar ki, eyni ssenaridir.

Şeffild 1:0 Vest Hem.


Növbəti görüş, iki London təmsilçisinin, "Kristal Pelas" və "Arsenal" klublarının qarşılaşması idi.

Oyundan öncə "Arsenalın" yeni baş məşqçisinə arxayın olub hansısa üstünlüyü gözləmək qeyri obyektiv olardı. Çünki, klubda yeni baç məşqçidən əlavə həmdə digər köklü dəyişikliklər etməyin tam zamanıdır.

Mikel Arteta, xüsusən müdafiənin mərkəzində və yarımmüdafiədə kompozisiyanı yaxşılaşdırmaq lazım olduğunu gözəl bilir. Yayda, güman olunandan daha çox xərcə düşən "Arsenal" rəhbərliyini, ona qış transferləri üçün vəsait verməyə inandırmalıdır.

Köhnə baş məşqçi gedib problemlər isə qalıb.

Keçək oyuna. Roy Hocsonun yetirmələrinə qarşı səfər oyunu heç də asan keçmir. Klubun azətkeşləri "12-ci oyunçu" vəzifəsini əla yerinə yetirirlər.

Hocson meydanda, 4-5-1 taktiki düzülüşünü tədbiq etmişdir ki, mərkəz xətti əla təsir bağışladı və məncə komanda qələbəyə daha çox layiq idi.

Kristal Pelasın heyətində, Kuyate, MakArtur, Cordan Ayu olduqca inamlı və yaxşı təsir bağışlayırdı. Uilfrid Zaha isə həmin oyun, adı çəkilən futbolçuların kölgəsində keçirdi.

Ümumiyyətlə çətində olsa Pelas gərək ikinci dövrəni məhs bu templə davam etsin. Ən azı turnir cədvəlində Arsenaldan irəlidə olmaq və hətta müəyyən qədər zəifləmiş Tottenhemi qabaqlamaq şansı hələdə aktualdır.

Arsenal isə "köhnə adətini" yəni qeyri stabilliyini tərgitmək fikrində deyil. Məsən əsas heyətdə M. Özilin əvəzinə Martinelli olsaydı, 95% əminliklə deyərdim ki, Arsenalın oyunu ən azı tərifə layiq olacaqdı. Nikolya Pepe isə "uğursuz transfer" statusunu daşımaqdadır. Futbolçu ilə mütləq ciddi şəkikdə məşğul olmaq lazımdır. Cari mövsümdə vəziyyət qorxuludur amma ümumiyyətlə situasiya elədə pis deyil, potensialı böyük olan futbolçudur və özünü ingiltərə futboluna kökləsə növbəti mövsüm komanda üçün nə dərəcədə faydalı olduğunu sübut edə bilər.

Oyunun 12-ci dəqiqəsində Arsenalın "dueti" - Lakazet və Obameyanq tandemi işə düşür və klub hesabda önə keçir. Lakazetin ötürməsini Pyer Emerik qola çevirir.

Oyunun 54-cü dəqiqəsində, Kuyatenin ötürməsini Cordan Ayu lazım olduğu kimi qiymətləndirir və 1:1, ev sahibləri hesabı bərabərləşdirir.

Obameyanq qoldan əlavə olduqca sarsıdıcı epizodla yadda qaldı. 66-cı dəqiqədə qabonlu futbolçu olduqca sərt şəkildə "saraylıların" hücumçusu Maks Mayerin topuğuna tuşlanır və bir-başa qırmızı vərəqə ilə cəzalandırılır.

Azlıqda qalmalarına baxmayaraq nəticədə Arsenal səfərdən bir xalla qayıdır və turnir cədvəlində rəqiblərindən geridə qərarlaşır.

Ktistal Pelas 1:1 Arsenal

Mançester Yunayted evdə Norviç klubunu asanlıqla 4:0 hesabı ilə məğlub edir, Vulverhempton isə evdə Nyukasla qarşı "canavarlıq" edə bilmir - 1:1, Ançelottinin yetirmələri doğma arenada çətinliklədə olsa Braytonu məğlub edə bilir, Everton 1:0 Brayton.

Gözlənilməz nəticələrdən biri Lester şəhərində qeydə alınır. İlk görüşdə, səfərdə 0:9 hesabı ilə məğlub etdiyi kluba, Southemptona evdə Lester Siti 1:2 hesabı ilə məğlub olur. Bəli, PL maraqlı turnirdir.

Çelsi, Börnliyə qarşı oyunda olduqca gözəl görunur və inamlı təsir bağışladı. Rəqibin qapısından üç cavabsız top keçirən "təqaüdçülər" turnir cədvəlindəki 4-cülüyünü arxayınlıqla qoruyub saxlamaqdadır.

Börnli klubu ilə bağlı isə gələn buraxılışımızda.

Çelsi 3:0 Börnli

Mərkəzi görüş Londonda "Tottenham Stadium"-da keçirilirdi. 61000-dən çox azərkeşin izlədiyi görüşü Martin Atkinson idarə edirdi.

Tittenhemdən qələbə gözləyənlərə demək istərdim ki, PL-nın 1 nömrəli "qırmızı maşınına" qarşı bu olduqca çətin və hətta mümkünsüz görünür. Tottenhem hələ Jozenin komandası deyil. Bu yaxınlarda komandaya rəhbərlik edən Mourinyo dərhal oyunu pozmadı və adi futbolu oyatdı (və haqlı olaraq), Tottenhem hələ də Poçettino ilə olduğu kimi oynayır və əsas problem ondan ibarətdir ki, hesabı daim lazım olan şəkildə saxlaya bilmir. Ediləcək yeni transferlərlə ikinci dövrədə fikirlərini bir yerə cəmləyib növbəti mövsümə stabil start vermək barədə ətrafı şəkildə düşünmək lazımdır.

Kloppun "alman mexanizmi" isə məsələni artıq oyunun 37-ci dəqiqəsində qismən həll etmişdir. Və oyunun sonuna qədər riskli hesabı qoruyub saxlaya bildilər. Qələbə seriyasına davam və Kloppun növbəti və məncə sonuncu olmayan rekord göstəricisi qeydə alındı.

Oyundan sonra Joze Mourinyo:

“Düşünürəm ki, bir xala layiqik. Buna görə də uşaqlar haqqında yaxşı təəssüratlar qaldı. Maksimum potensialından istifadə etsələr, dünyanın ən yaxşı komandalarından biri haqda danışardıq. Biz aşkar çətinliklərlə bir komandadayıq. Düşünürəm ki, daha çox şeyə layiqik. "

Tottenhem 0:1 Liverpul

Digər son iki oyun ev sahiblərinin və xüsusəndə autsayderlərin məğlubiyyəti ilə yadda qaldı.

Bornmut 0:3 Uotford
Aston Villa 1:6 Mançester Siti

22 turdan sonra statistik göstəricilər belədir:

Qol

Ceymi Vardi (Les) - 17
Denni İnqs (Sout) - 14
Obameyanq (Ars) - 14
Reşford (Man Y) - 14

Assist

De Bröyne (Man S) - 17
Aleks.-Arnold (Liv) - 8
Emilyano (Norviç) - 7
Mahrez (Man S) - 7
David Silva (ManS) - 7
Son (Tot) - 7

Növbəti turdan sonra görüşmək ümidi ilə,
Emin Şəmsiyev

Oxşar xəbərlər

Qaranlıq "PUB"lar və ciddi rəqib - 14-cü turun analizi
4 il imtahana hazırlaşan "keb" sürücüləri və Mourinyonun B planı - Analiz
İngiltərə Premyer Liqasının 11-ci turunun analizi - ""Arsenal"ın mirasını öldürdülər"
İngiltərə Premyer Liqasının 10-cu turunun geniş analizi - EKSPERTİMİZ YAZIR
İngiltərə Premyer Liqasının 9-cu turunun geniş analizi - EKSPERTİMİZ YAZIR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər