Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Gəncə" liderə qarşı -FİBA Avropa Kuboku
"Gəncə" basketbol komandası bu gün FİBA Avropa Kubokunda növbəti oyununa çıxacaq.
Sportfm.az xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi 6-cı tur çərçivəsində Türkiyənin "Esenler Erokspor" kollektivini qəbul edəcək.
Gəncə İdman Sarayında baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Xatırladaq ki, "Gəncə" daha əvvəl Rumıniyanın "Universitatiya" (96:105), Yunanıstan təmsilçisi "Kolossos"a (62:80) və "Esenler Erokspor" klubuna uduzub - 63:92. Komanda evdə Portuqaliyanın "Sportinq" (Sporting) komandasını 69:67 hesabı ilə üstələyib. "Gəncə" "Rilski Sportist" (Bolqarıstan) ilə dueldə texniki məğlubiyyətlə (0:20) üzləşib.
“Esenler Erokspor” 10 xalla turnir cədvəlində liderdir. Beş xala malik “Gəncə” isə altıncı pillədə qərarlaşıb.
FİBA Avropa Kuboku
C qrupu, 6-cı tur
12 noyabr
19:00. "Gəncə" (Azərbaycan) – "Esenler Erokspor" (Türkiyə)
Gəncə. İdman Sarayı.
Xal durumu: “Esenler Erokspor” (Türkiyə) - 10 xal, “Kolossos” (Yunanıstan) – 10, “Sportinq” (Portuqaliya) – 9, “Universitatea” (Rumıniya) – 8, “Rilski Sportist” (Bolqarıstan) – 6, "Gəncə" (Azərbaycan) – 5.

Oxşar xəbərlər
Avropa Kubokunda ilk qələbəmiz
“Gəncə”nin oyunu təxirə salındı - Avropa kuboku
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
Gəncə İdman Sarayında Avropa Kuboku həyəcanı
“Gəncə”nin Avropa Kubokundakı rəqibləri bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu

Misli Premyer Liqası