reklam
Federasiya prezidenti güləşçilərlə görüşdü
Sportfm.az xəbər saytı

Federasiya prezidenti güləşçilərlə görüşdü


Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında, həmçinin, Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandaların üzvləri, məşqçilər və federasiyanın rəsmiləri ilə görüşüb.

Sportfm.az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.

Görüş zamanı beynəlxalq yarışların nəticələri, Azərbaycan güləşinin dünya arenasında mövqeyi, idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qarşıdakı hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi və müasir idman infrastrukturunun yaradılması beynəlxalq arenada idmançılarımızın uğurlarına geniş imkanlar açıb.

Dünya çempionatında beşinci dəfə qızıl medal qazanan Eldəniz Əzizlinin Azərbaycan güləşi tarixində yeni nailiyyətə imza atması xüsusi qeyd olunub. Sənan Süleymanovun isə 15 illik fasilədən sonra Olimpiya çəkisində dünya çempionu titulunu ölkəmizə qazandırması milli güləş məktəbinin növbəti uğuru kimi dəyərləndirilib.

Yeniyetmələrin Yay Olimpiya Oyunlarında oğlanlardan ibarət milli komandamızın 2 qızıl və 1 gümüş medal qazanaraq komanda hesabında birinci yer tutması da Azərbaycan güləşinin beynəlxalq arenadakı uğurlarının davamlı xarakter aldığını nümayiş etdirir.

Mikayıl Cabbarov idmançıları, məşqçiləri və federasiyanın müvafiq strukturlarının nümayəndələrini əldə olunan mühüm nəticələr münasibətilə təbrik edib. Qarşıdakı dövrdə hazırlıq prosesinin daha da gücləndirilməsinin, idmançıların rəqabət qabiliyyətinin yüksəldilməsinin vacibliyi diqqətə çatdırılıb. Xüsusilə iki ildən sonra keçiriləcək növbəti Yay Olimpiya Oyunlarına hazırlığın indidən sistemli və məqsədyönlü şəkildə qurulmasının, olimpiya hədəflərinə uyğun strategiyanın müvəffəqiyyətlə həyata keçirilməsinin önəmi vurğulanıb.

Görüşdə Azərbaycan güləşinin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi və mövcud uğurların davamlılığının təmin edilməsi istiqamətində işlərin ardıcıl şəkildə həyata keçirilməsi yönündə tədbirlər

Oxşar xəbərlər

Cabbarov növbəti dəfə federasiya prezidenti seçildi
Federasiya prezidenti güləşçilərlə görüşdü - FOTO
Nazir yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşdü
Federasiya prezidenti dünya çempionları ilə görüşdü - FOTO
Baş nazir Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər