reklam
İngiltərə Premyer Liqasının 9-cu turunun geniş analizi -
Sportfm.az xəbər saytı

İngiltərə Premyer Liqasının 9-cu turunun geniş analizi -EKSPERTİMİZ YAZIR


Bu gündən etibarən saytımızda İngiltərə Premyer Liqasının hər turundan sonra futbol eksperti Emin Şəmsiyev öz analizləri ilə oxucularımızın görüşünə gələcək. Beləliklə başlayırıq...

 "Bəli, bəli, Kloppun özündə olmaması ondan irəli gəlir ki, heç zaman "Old trafordda" qələbə qazanmayıb" - Deyə, Joze Mourinyu aparıcının sualını cavablandırıb. 

İngiltərədə, 9-cu turun oyunları sona çatıb. Mərkəzi görüş "Mançester Yunayted - Liverpul" qarşılaşması idi. Məncə bu klubların qarşıdurması istənilən turun mərkəzi görüşü hesab olunur. Bu qarşıdurma ilə bağlı bir qədər sonra.

Hesabat turunda sürprizlərin şahidi olmasaqda tur haqda danışalacaq məsələlər var.

9-cu tura "Everton - Vest Hem" qarşılaşması start verdi. Ev sahiblərinin üstünlüyü ilə keçən oyun, elə gözlənilən kimi onların qələbəsi ilə başa çatdı. Ötən mövsüm yalnız ikinci dövrədə yuxudan ayılan Marku Silva və komandası, bu mövsüm heyətini dahada gücləndirib. Amma görünür hazırki mövsümdədə ilk dövrəni staqnasiya ilə "yola vermək" istəyirlər, zaman göstərər, hələki 9-cu turdur. Son oyunda, "Evertonun" heyətində, Luka Din, Bernard, Uolkott, Rişarlison və Siqurdson olduqca gözəl təsir bağışlayırdılar. Qapıçı Pikford isə məncə oyunun ən yaxşısı seçilməli idi, real qol vəziyyətində klubunu məğlubiyyətdən xilas etməsi, kəskin zərbələrə ani reaksiya göstərməsi və s. bunu deməyə imkan verir. Ayvobiyə gəlincə isə bildirim ki, Arsenaldakı adətini deyəsən tərgidə bilmir. Qapıçı ilə üz - üzə olduğu halda, topu qapıçının üzərina tuşladı.

Oyunun 17-ci dəqiqəsində Uolkotun ötürməsindən sonra Bernard hesabı açır. Oyuna son nöqtəni isə mükəmməl bir qolla Gilfi Siqurdson qoyur. Everton 2:0 Vest Hem.

Bornmut və Norviç klubları, oyunu qolsuz bərabərliklə başa vurdular.

Aston villa isə Barytona qarşı, öz inadkarlığı sayəsində, oyunun son saniyələrində, Cek Qrilişin ötürməsindən sonra Targetin qolu ilə üç xalı əldə edirlər. Aston Villa 2:1 Brayton.

Çelsi klubu Stiv Bryusun yetirmələrini, Nyukasl klubunu qəbul edirdi. Oyunu minimal üstünlüklə başa vurmalarına baxmayaraq Lempardın yetirmələri heç də pis təsir bağışlamırdı. Nəzərə alsaq ki, Nyukasl, müdafiəni əziz bilib, ən çox orada vaxt keçirməyə üstünlük verirdi, London təmsilçisi, oyun boyun pis təsir bağışlamırdı. Temmi Abrahamda müəyyən yorğunluq hiss olunurdu ki, buda təbiidir. Məncə ona bu oyunluq istirahət vermək olardı. Klubun vuran ayağı həm ÇL-da həm PL-da, sözün əsl mənasında canının qoyur. Hadson-Odoi isə məhs bu oyunda xüsusi bir performans nümayiş etdirdi. Bu templə Odoi, klubun ən əsas boşluğunu (söhbət Azardan gedir) doldura bilər. Jorjinyo isə ötən mövsümlə (Sarriylə) müqaisədə Lempardın başçılığı altında daha gözəl təsir bağışlayır. Oyunun 73-cü dəqiqəsində Odoinin ötürməsindən sonra M.Alonso oyunun yeganə qolunu vurur.

Çelsi 1:0 Nyukasl

Rocersin "tülküləri" öz meydanında Börnlini qəbul edirdi. Rocers britaniya futbolunu əla tanıyır, onu hiss edir, onunla nəfəs alır. Lester bu turda məqsədəmüvafiq oyun sərgilədi desəm yanılmaram. Oyunçular arasındakı ötürmələr sanki, dartılmış ip kimi, düz və ünvanlı idi. Hiss olunur ki, mütəxəssis göstərişi tam olaraq yerinə yetirilir. Vardi qocalmaq bilmir, Tilemans PL ulduzuna çevrilmək istəyir. Əla əhval ruhiyyədir. Harvi Barns, Rikardo Pereyra və soydaşımız Çağlar Söyüncü, mövsümdə "tülkülərin" iddialı olduğunu göstərməkdədirlər. Hər halda, uğurlar.

Beləliklə, Lester 2:1 Börnli.

London təmsilçilərindən biri, Tottenhem klubuda bu mövsüm nədirsə axsamağa başlayıb. Poçettino və komandası Hardforşir qraflığının təmsilçisi, "arılar" ləqəbli, Uotford klubunu qəbul edirdi. Ötən mövsümdə nəinki, İngiltərəyə hətta avropaya bəyaz ləkə salan və möhkəm banlayan "xoruzlar", bu mövsüm fiasko yaşamağa yaxındırlar. Bunu Uotforda qarşı keçirilən oyunda, açıq aşkar müşahidə etmək olardı. Oyunun 5-ci dəqiqəsində Deni Uelbek oyunu tərk edir və bu "arılara" düşərli olur, 6-cı dəqiqədə Yanmatın ingilissayağı ötürməsini Dukure əla qiymətləndirir və qol. Çox uzatmayacam, London təmsiıçiləri, əvəzetmə və s. taktiki dəyişikliklərlə qələbəyə çalışırdılar amma bu asan deyildi. Rəqib, səfərdə oluğunu anlayırdı və mümkün qədər müdafiə olunmağa çalışırdı. 86-cı dəqiqə, Dele Alli topu çiyni ilə idarə edib komandasını məğlubiyyətdən xilas edir. Qol, 1:1. Və budur öz meydanında Uotfortdan, azı 1 xalı alır. Əhsən Poçettino. Tottenhem 1:1 Uotford.

"Qartallar" öz evində, "şəhərliləri" qəbul edirdi. Roy Hoçsonun kollektivi özünü hazır hesab edirdi. Amma Quardiolanın yetirmələri, PL-nın qaymaqlarıdır. Bu oyun barəsində çox danışmağa eytiyac yoxdur, "şəhərlilər" lazım olan üç xalı, asanlıqıa əldə etdilər

Kristal P. 0:2 Man Siti

Şəhərlilərin əzəli rəqibi sayılan MY isə öz növbəsində, daha çətin durumdadırlar və onlar Kloppun "əjdahalarını" qəbul edirdilər. Oyundan öncə, fikirlər fərqli idi, amma əksəriyyət Liverpulun qələbəsini gözləyirdi. Sulşerin yetirmələri movsümə qeyri stabil başlayıblar ki, buda gözlənilən idi. Ötən mövsüm, MY azərkeşlərinə öz gəlişi ilə böyük ümid verən norveçli mütəxəssis, oyunöncəsi mətbuatlardan birində "Biz çempionluğu 30 il gözləməyəcəyik" demişdi. Aydın məsələdir ki, daş Liverpulun bağına atılırdı. Keçək oyuna və yazılı müzakirəyə.

MY oyuna əsl ev sahibi kimi başladı, ilk 15 dəqiqədə təşkil olunan hücumlar, bunu deməyə imkan verir. Bu hücumların nəticəsi olaraq oyunun 36-cı dəqiqəsində Ceymsin ötürməsindən sonra Reşford hesabı açır.

Liverpulda öz növbəsində hücumlarla rəqibə diş göstərirdi. 44-cü dəqiqədə MY-in qapısından keçən qolda Mane topu əli ilə idarə etmək istəyirdi ki, buda VAR-ın gözündən qaçmadı və qol təxirə salındı.

İkinci hissədə isə hər şey Sulşerin Planına uyğun olaraq gedirdi, müdafiə və nadir əks hücumlar.

Liverpula gəlincə deyim ki, onlar bəlkədə 9 turun ən zəif oyununu göstərirdilər.

"Salahın yoxluğunda komanda heçdə pis oyun nümayiş etdirmir" deyənlərin nəzrinə çatdırardım ki, məhz MY-lə oyunda misirli futbolçu mütləq lazım idi. Salah, asanlıqla rəqibin cərimə meydançası önündə bir neçə futbolçunu arxasıyca dartıb qapı önündə hücum üçün dəhliz yarada biləcək bir futbolçudur ki, MY-lə oyundada bu daha çox lazım idi.

71-ci dəqiqədə Hendersonun Lallana ilə əvəzlənməsi komandaya düşərli olur və 85-ci dəqiqədə hesab bərabərləşir.

Cari mövsümdə Liverpulun qələbə seriyasını, əzəli rəqibi olan Mançester Yunayted dayandırdı. MY 1:1 Liverpul

 

Ertəsi gün Emerinin yetirmələri Şeffildin qonağı oldu. Bu dəfə Emeri, ötən turlara nisbətən, daha stabil heyət buraxmışdır. Buna baxmayaraq Kris Uaylderin yetirmələri müdafiədə yaxşı təsir bağışlayırdılar və Arsenalın qapıya yol tapmağına imkan vermirdilər. Oyunda yeganə qolu oyunun 30-cu dəqiqəsində Lus Muset vurdu.

Şeffild 1:0 Arsenal.

 

Növbəti turun ən maraqlı oyunu Liverpul - Tottenhem klubları arasında olacaq, hər iki klub 9-cu turda bir xalla kifayətləniblər.

Oxşar xəbərlər

İngiltərə Premyer Liqasında son turun analizi - Emin Şəmsiyev
4 il imtahana hazırlaşan "keb" sürücüləri və Mourinyonun B planı - Analiz
Fəhlə sinfinə mənsub ingilis futbolu - Premyer Liqada 12-ci turun analizi
İngiltərə Premyer Liqasının 11-ci turunun analizi - ""Arsenal"ın mirasını öldürdülər"
İngiltərə Premyer Liqasının 10-cu turunun geniş analizi - EKSPERTİMİZ YAZIR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər