4 il imtahana hazırlaşan "keb" sürücüləri və Mourinyonun B planı -Analiz
İngiltərənin paytaxtı olan Londonun küçələri, mürəkkəbliyi, darlığı və özünəməxsus üslublu ilə fərqlənir.
"London taksi" kimi tanıdığımız, "keb"-lərin sürücüləri 2 ildən 4 ilə qədər imtahana hazırlaşmalıdır. "Bilik" imtahanından keçmək üçün 25000 küçə və 20000 məntəqənin yerini bilməlidirlər. Bu ümumiyyətlə 2 ildən 4 ilədək vaxt aparır.
İPL-nın, geridə qoyduğumuz 13-cü turunada elə iki London təmsilçisi start verdi.
Ötən həftənin ən maraqlı hadisəsi, Poçettinonun klubdan qovulması və onu əvəzləyəcək, ən qalmaqallı məşqçi, Mourinyonun Tottenhem klubuna baş məşqçi təyin olunması idi.
İngiltərə mətbutatnın təmsilçiləri, Joze Mourinyodan Tottenhemə qoşulmaq qərarına niyə gəldiyini soruşdular.
J.Mourinyo:“Klubun potensialı böyükdür.
Cənab Levinin qarşımda yaratdığı görüntü, oyunçuların keyfiyyəti və komandanın tərkibi, kluba gəlmək qərarımın əsas səbəbləridir."
Yeni məşqçinin başçılığı altında klubun nə tərzdə oynayacağı, oyunçuların əhvalının necə olacağı hamıya maraqlı idi. Gözləntilər fərqli idi ki, buda təbiidir.
Tottenhem klubu, Vest hem səfərinə yollanmışdı. Eriksenin, əsas heyətdə olmaması faktını nəzərə almasaq, əsas heyətdə elədə köklü rotasiya görmədik. Denni Rouzu isə Mourinyo "B" planı üçün saxlamışdı ki, buda Tottenhem azarkeşləri üçün sevindirici hal deyil.
Eriksenə gəlincə isə Mourinyo, onun əsas heyətdə olmadığının izahını verib:
“Eriksenin beynində və ürəyində olanları başa düşməliyəm. Klub üçün düzgün qərar verməliyik. İdeyaları sevirəm, amma onları həyata keçirmək daha vacibdir."
Fikirimcə Mourinyo, qış transfer pəncərəsində Eriksenin, klubu tərk etmək ehtimalını daha da artırır.
Keçək oyuna.
Maykl Oliverin idarə etdiyi görüşü "London Stadium"-da 60000 izləyici seyr edirdi.
Manuel Pelleqrinin ətrafında dolaşan neqativ fikirlər, xoşagəlməz şüarlar, mənfi rəylər və sərt tənqidlər barədə ötən turda söhbət açmışdım. Məşqçinin gedəcəyi gözlənilmir. Hər halda, rəhbərlik belə qərar verib. Məşqçi fəaliyyətsizliyi istənilən klub üçün dəhşətli bir fəlakətdir. Vest Hemin oyununa baxanda, bir neçə futbolçunun məhz acığa oynamadığını aşkar görə bilərik. Ötən mövsüm Felipe Andersonun oyununa baxanda "PL-da yeni brazilyalı ulduzun olacağı" fikiri formalaşırdı. Bu mövsüm isə futbolçu sanki, klubun heyətində oynamaq marağında deyil. Deklan Rays həmçinin Anderson kimi, komanda uğrunda deyil, 90 dəqiqəni başa vurmaq uğrunda oynayır. Yarmolenkonun potensialı barədə ayrıca məqalə yazmaq olar amma gəl ki, elementar epizodlarda uşaq səhflərinə yol verirdi.
Klubun qapı xətti isə ayrıca bir problemdir. L.Fabianskinin nə vaxt və hansı formada qayıdacağı məlum deyil, 35 yaşlı qapıçının qayıdışına heç də arxayın olmaq lazım deyil. Roberto isə bütün klublarda əvəzedici kimi çıxış edib. Üçüncü qapıçı isə elə "3-cü qapıçıdır". Odur ki, yeni, gənc qapıçıya mütləq ehtiyac var. Klubun transferləri barədə isə heç bir müsbət rəy bildirmək mümkün deyil. Bax elə bu faktlarda məni, klubda "məşqçi fəaliyyətsizliyi var" deməyə məcbur edir.
Fikirimcə klub rəhbərliyi Devid Moyes barədə düşünnəlidir.
Oyunun 75-ci dəqiqəsinə qədər Vest Hem klubu oynaya bilmirdi, daha doğrusu buna Tottenhem klubu imkan vermirdi.
Bir çoxları Mourinyodan, nisbətən müdafiə futbolu gözləyirdi. Meydanda baş verənlər bütün gözləntiləri alt - üst etdi.
Harri keyn hücumun mərkəzində özünü olduqca yaxşı hiss edir, Dele Alli və Hyun-Min Son hücuma rahat çıxır, klub uzun və dəqiq ötürmələrdən tez - tez istfafə edir, futbolçular ardıcıl hücum və əks-hücumlar yaradır, azərkeşlər razı, rəhbərlik razı, Mourinyo sevinir.
Oyunun 36-cı dəqiqəsində Dele Allinin ötürməsini Hyun-Min Son əla qiymətləndirir və qonaqlar bir top fərqi ilə irəli keçir. İkinci qolda isə hücumun qurulmasına baxanda adamın ürəyi açılırdı. Dele Alli aut xəttinin yanında yıxılmasına baxmayaraq ona ötürülən topu elə yerdə ikən, Hyun-Min Sona ötürür, Son sürəti hesabına rəqibin qapısına yaxınlaşır, ötürmə, Moura və 0:2.
Oyunun 49-cu dəqiqəsində klubun lideri Harri Keyndə fərqlənə bilir və hesab 0:3, Tottenhemin xeyrinə dəyişir.
Mourinyo isə hesabı qorumaq məqsədi ilə meydana, müdafiəçi Denni Rouzu buraxır və oyunun qalan vaxtında müdafiəyə üstünlük verir.
Oyunun 73 və 96-cı dəqiqlərində, Vest Hemin futbolçuları, yalnız 2 topun əvəzini çıxa bilirlər.
Vest Hem 2:3 Tottenhem
Votford yeni məşqçi Kiko Floresin bəlasını çəkir, "Canavarlar", iki əsas cəbhədəki (Avropa liqası və PL) oyunlarına baxmayaraq hələdə mükəmməl formada olduqlarını sübut edir,"Tülkülər" isə qələbə seriyasını yüksək səviyyədə davam etdirirlər. Rocersin yetirmələri 13 oyuna cəmi 8 top buraxıblar. Şmeyxel 13 oyunun 6-sında qapısını toxunulmaz saxlayıb. Lester, turnir cədvəlində 2-ci yeri qoruyub saxlayır, göz dəyməsin. Əhsən Rocers, əhsən komanda, əhsən rəhbərlik, əhsən, əhsən, əhsən!
Votford 0:3 Börnli.
Brayton 0:2 Lester.
Bornmut 1:2 Vulverhempton.
416 milyon avroluq əsas heyət - Arsenal klubu öz evində, əsas heyəti 126 milyon avro dəyərində qiymətləndirilən, Southempton klubunu qəbul edirdi.
Bir zamanlar ölkəmizdə, Qəbələ klubunda məşqçi kimi çalışmış mütəxəssis, Arsenal klubunda 22 il can qoymuş Toni Adams klubdakı vəziyyətlə və xüsusəndə həmin görüşlə bağlı öz fikirini bildirib:
"Belə bir oyun məni üzdü. "Təmizləyici" mövqeyində oynayan Özil topu qapıçıdan alıb bütün meydanı keçməyə çalışırdı. Azarkeşlərin reaksiyası doğrudur, çünki bu, dəhşətli, olduqca dəhşətli bir oyun idi. Komanda dağılıb və ümumiyyətlə müdafiə olunmur. Məşqçilərin işdən çıxarılmasının tərəfdarı deyiləm, amma klub irəli getmir, inkişaf etmir. Mən, bundan daha etibatlı bir komanda toplaya bilərəm.”
Emeri barədə artıq kifayət qədər danışmışıq, bu dəfə isə Adams öz fikirini bildirdi ki, onunlada tam razıyam.
Britaniya mətbuatı, Arsenalın artıq məşqçi "ovuna" çıxdığını yazır. Siyahıda Poçettino, Alleqri və Arteta var.
Doğma meydanda autsayder - Sothemptonla heç-heçə edən Arsenal turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.
Arsenal 2:2 Southempton
Klopp və komandası, londonun cənubuna - Kroydona, Kristal Pelasla oyuna yollanmışdırlar.
Oyundan öncə Yurgen Klopp mətbuat qarşısında çıxış edib: "Kristal Pelas tərəfindən sürətli əks hücumlara qarşı bir həll yolu tapmalıyıq"
"Onların ev oyunları xüsusi olur, çünki meydanda hər zaman əla atmosfer var və məhz bu, digər komandalar üçün çətinlik yaradır."
Rəqib haqda deyilənlər bir qədər öz əksini tapdı. Düzdür, Salah yox idi və bir neçə epizodda ona ehtiyac duyulurdu amma fikrimcə Klopp, çoxdan onun yoxluğunda çıxış yolunu təmin etməli idi. Zədədən heç bir futbolçu sığortalanmayıb və ehtiyyat planı hər zaman aktual olmalıdır.
Oyunun birinci hissəsində "qartallar" fərqlənmək üçün daha istəkli görünürdülər və oyunun 44-cü dəqiqəsində Ceyms Tomkins hesabı açır. Futbolçular və azərkeşlər sevincdən yenicə özlərinə gəlirdilər ki, Kevin Frend (oyunun baş hakimi) qolu təxirə saldı. Bəli "VAR". İlk hissə qolsuz bərabərliklə başa çatdı.
Oyunun ikinci hissəsidə Klopun yetirmələri üçün asan olmadı. Müdafiəçi Ceyms Tomkins, Liverpulun hücumlarına ustalıqla maneçilik törədə bilirdi. Yarımmüdafiədə olan Kuyate və Milivoyeviç oyunun yaxşılarımdan idi. Komandada ən çox ümid bəslənən Zaha, Taunsend və Van Anholt isə nisbətən zəif təsir bağışladılar. Müqayisə üçün yenidən ötən mövsümə qayıdacam. 2018/19 mövsümündə, adını çəkdiyim hər üç futbolçu, artıq 7-ci turdan diqqət mərkəzinə düşə bilmişdirlər. Cari mövsümdə isə ümumilikdə götürsək halsız, həvəssiz və maraqsız təsir bağışlayırlar. Cinahlarda Taunsend və Zahanın daha aktiv iştrakına ehtiyac var idi. Liverpulla qarşılaşmada bu passivliyi Liverpulun müdafiəsinin güclü olmağı ilə əlaqələndirmək olar amma 13 tur ərzində bu potensiallardan istfadə edərək turnir cədvəlində daha yüksək pillədə qalmaq olardı.
Oyunun 49-cu dəqiqəsində Sadio Mane hesabı açır və bununla PL-da şəxsi qollarının sayını 8-ə qaldırır. Cavab qolunu vuran Uilfrid Zaha isə PL-da (bu mövsüm) ilk qoluna imza atır. 85-ci dəqiqəyə qədər Liverpul azərkeşlərinin "heç olmazsa hesabı saxlayaq" deyə əsəbləri tarıma çəkilirdi ki, Roberto Firmino Liverpulun qələbə qolunu vurur.
Liverpul, lazım olan 3 xalı qazanır.
Gərgin keçən oyundan sonra Vircil Van Deyk oyun haqda danışıb:
"Çox vacib bir qələbə idi. Milli komandalar üçün fasilədən sonra yaxşı hazırlaşmış bir rəqibə qarşı oynamağın nə qədər çətin olduğunu hamı bilir. Qazandığımız üç xala çox sevinirik. Növbəti oyunlarda maneələri aşmağımız çox vacib olacaq. Hələlik bu günə qədər öhtəsindən gələ bilmişik. Bu asan deyildi. Hər kəs milli komandalar üçün öz üslubunda oynayır, hər yerdə fərqli taktikalar var və Liverpulun oyun tərzinə çox tez qayıtmalıyıq."
Tamamilə sağlam düşüncəli və adekvat bir müsahibə verib.
Kristal Pelas 1:2 Liverpul.
Oz evində "Norviçə" 0:2 hesabı ilə məğlub olan Evertonon növbəti 5 oyununa baxanda adamın başından tüstü çıxır:
1 Dekabr - Lesterə qarşı (S)
4 Dekabr - Liverpula qarşı (S)
7 Dekabr - Çelsi (E)
15 Dekabr - MY (S)
21 Delabr - Arsenal (E)
Hə, oyundan sonra, klub rəhbərliyinin, niyə belə təlaşlandığını və Silvaya qarşı hədələrlə gəldiyini anlamaq olardı. Silvanı #silvaout şüarı ilə qovmağa çalışan azərkeşləridə başa düşmək olar.
Hazırda, Silvanın gedişi ilə bağlə, sosial şəbəkələrdə və xəbər agentliklərində müxtəlif şailər gəzməkdədir. Bu barədə heç bir rəsmi məlumat yoxdur və hələki Silva klubun baş məşqçısıdır.
Başlayaq, klub rəhbərliyinin qəzəbli qərarından. Fərhad Moşirinin səbr kasasının dolduğunu başa düşürəm, bəlkədə tam başa düşmək üçün onun yerində olmaq gərəkdir. Komandaya qoyulmuş sərmayəyə, heyətdə olan tanınmış və bacarıqlı oyunçulara sonra isə müqayisə üçün komandanın oyununa baxanda sarsıntı keçirməmək mümkün deyil. Qol duyumu olan Cenk Tosun, dünyaca məhşur, Braziliya millisinin futbolçusu Rişarlison, klubun "maestrosu" Siqurdson, fransa milisinin əsas heyət futbolçusu Luka Din, təcrübəli Teo Uolkot, Tom Devis, Kalvert Lyuin. Bu futbolçularla klubda staqnasiya, böhran yaşanması sadəcə gülüncdür. Kimdir cavabdeh? Əlbəttə ki, məşqçi. Nədədir problem? Futbolçularda?
Məncə baş məşqçi futbolçulara daha sərt xarakter göstərməli futbolçuların rejiminə daha çox nəzarət etməli və "burada kimin sözü sonuncudur?" sualına cavab tapmalıdır. Bu gedişlə elə futbolçular özləri Silvanı istefaya göndərəcəklər. Ümumiyyətlə futbolçuların nazları ilə oynamağın tam olaraq əleyhinəyəm.
Siıvanın gedişinə qaldıqda isə deyim ki, Silva, Evertona müəyyən (yaxşı mənada) imic gətirən nadir məşqçilərdəndir. Bəli ötən mövsüm yalnız ikinci dövrədə ayıldılar amma top klublara başağrısı idilər. Məşqçini dəyişdirməkdənsə futbolçuların qarşısına utimatum qoyulsa daha məqsədəmüvafiq olar.
Oyun barədə elədə çox danışmağa ehtiyac yoxdur. Norviç güclü idi... bəlkədə Everton zəif idi.
Everton 0:2 Norviç.
Turun mərkəzi görüşü Mançester Siti və Çelsi klubları arasında oldu. Hər iki klub oldqca gözəl, davamlı mübarizə apardı. Mançester Siti klubunun yeganə üstünlüyü, ev sahibi olması idi.
Lempardın yetirmələri heç də ruhdan düşməməli və bu templə (ümumilikdə) davam etməlidir.
Lempard: "Oyuna nəzarət edə bildik, yaxşı oyun nümayiş etdirdik. Ancaq Mançester Sitiyə qarşı oynamaqla hər şeyi lazımınca idarə etmək olmur. Vurulan ilk qolda bəxtimiz gətirmədi, ikincisində isə hər şey Marezin ifaçılıq bacarığı ilə həll olundu. Bu qollar oyunun gedişatını dəyişdi. Ola bilər müdafiəmiz yavaş irəliləyirdi.
Bilirəm ki, yaxşı oyun keçirdilər, amma bəzi xırda detallardan narazıyam. Mançester Siti, örnək olmaq üçün bir nümunədir "
ÇL-sı çərçivəsində, Mançester Siti klubu öz evində Şaxtyor Donesk klubunu qəbul edəcək, Çelsi isə çətin Valensiya səfərinə yollanacaq.
Man. Siti 2:1 Çelsi
Şeffild Yunayted klubu MY-i qəbul edirdi. Kris Uaylderin yüturmələri, bu mövsümün qonaqları arasında özünü yaxşı tərəfdən göstərən yeganə klubdur.
Ötən mövsüm Botnmuyun heyətində elədə nəzərə çarpmayan Lis Musse, Kris Uaylderin başçılığı altında nisbətən yaxşı təsir bağışlauır və hücumda MakQoldriklə lazımi tandem yəşkil edirlər.
Ötən oyun, MY-lə oynamaqlarına baxmayaraq rahat hücum təşkil edə bilirdilər.
Sol cinah müdafiəçisi O'Konel hücumların qurulmasında daim iştrak edirdi və Şeffildin heyətində daim etimad göstəriləcək futbolçulardan biridir.
MY-ə gəlincə isə orada sevindirici hal yalnız ondan ibarətdir ki, Sulşer gənclərə daha çox etibar etməyə başlayıb.
Müdafiədə olan vəziyyət, yalnız yaxşısını arzu etməyi göstərir.
Meydanın mərkəzinə mütləq bacarıqlı futbolçu lazımdır, açıq-aydın görsənir ki, Fred bu işin öhtəsindən gəlmir.
Linqard isə klnubunu mütləq dəyişməlidir.
İstefaya göndəriləcək məşqçilərin siyahısına Sulşerdə öz adını yazmaqdadır. Bu məşqçinin gəldiyi ilk gündən, bunun yalnız bir illyusiya olduğunu bilirdim.
Şeffild 3:3 MY.
Tura, Aston Villa və Nyukasl klubları son qoydu.
Öz meydanında layiqli qələbə qazanan Aston Villa turnir cədvəlində 15-ci yerdə qərarlaşıb.
Aston Villa 2:0 Nyukasl
Bombardirlər siyahısına Ceymi Vardi başçılıq edir.
Vardi - 12 qol
T.Abraham - 10 qol
Aqüero - 9 qol
Obameyanq, Mane - 8 qol
Keyn, Reşford, Srerlinq - 7 qol
Fubol gözəldir, ingiltərədə isə bu, əsrarəngizdir.
14-cu turdan sonra görüşənədək.
Emin Şəmsiyev
Oxşar xəbərlər
İngiltərə Premyer Liqasında son turun analizi - Emin Şəmsiyev
Fəhlə sinfinə mənsub ingilis futbolu - Premyer Liqada 12-ci turun analizi
İngiltərə Premyer Liqasının 11-ci turunun analizi - ""Arsenal"ın mirasını öldürdülər"
İngiltərə Premyer Liqasının 10-cu turunun geniş analizi - EKSPERTİMİZ YAZIR
İngiltərə Premyer Liqasının 9-cu turunun geniş analizi - EKSPERTİMİZ YAZIR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası