reklam
Riçard Almeyda  “Qarabağ”da işə başladı
Sportfm.az xəbər saytı

Riçard Almeyda “Qarabağ”da işə başladı


“Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Azərbaycana qayıdıb. O, Ağdam klubunda fəaliyyət göstərəcək.
Sportfm.az xəbər verir ki, braziliyalı həm seleksiya işləri ilə məşğul olacaq, həm də əsas komandanın məşqçilər korpusuna kömək edəcək.

Almeyda Braziliyada istedadlı və perspektivli futbolçuların üzə çıxarılması, onların “Qarabağ”ın akademiyasına cəlb olunması istiqamətində seleksiya işlərini həyata keçirəcək.

Bununla yanaşı, o, əsas komandada baş məşqçi Qurban Qurbanova kömək edəcək. Almeyda hələlik qeyri-rəsmi şəkildə məşqçilər korpusunun fəaliyyətində iştirak edəcək.
Almeyda “Qarabağ”ın bugünkü məşqində də iştirak edib. Buna dair görüntü klubun sosial şəbəkə hesabında paylaşılıb.

Oxşar xəbərlər

Almeyda Braziliyada qol vurdu - Foto
Riçard Almeyda 2-ci liqa komandasında
Qurban Qurbanov Almeyda ilə belə vidalaşdı - FOTO
"Qarabağ" Almeyda ilə müqavilə yenilədi - RƏSMİ
Riçard Almeyda qayıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər