reklam
Sportfm.az xəbər saytı

"Komandamız matça tam hazırdır" - Ayxan Abbasov


Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynlə keçiriləcək səfər oyunu barədə danışıb.

Sportfm.az xəbər verir ki, mütəxəssis qarşılaşmadan öncə keçirilən mətbuat konfransında komandanın hazırlığından və hədəflərindən söz açıb:

“Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuzu keçirəcəyik. Ardınca Andorra ilə yoldaşlıq görüşümüz olacaq. Qrup liderliyini təmin etmək üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyun üslubuna yaxşı bələdik. Bakıda keçirilən görüşdə heç-heçə etmişdik. Bu dəfə doğma meydanda daha inamlı oynamağa çalışacaqlar.

Komandamız matça tam hazırdır, futbolçuların əhval-ruhiyyəsi yüksəkdir. Premyer Liqada gərgin mübarizə davam edir və oyunçularımız da yaxşı formadadır. İnanıram ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik”.

Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Oxşar xəbərlər

Millimiz Litvaya qarşı - Millətlər Liqası
"Litva və Lixtenşteyn tamamilə fərqli futbol oynayır" - Ayxan Abbasov
"Sabah maraqlı və sürətli oyun olacaq” – Ayxan Abbasov
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Qurban Qurbanov: "Komandamız oyuna hazırdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər