Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Karateçilərimizdən Gürcüstanda yeddi medal -Beynəlxalq
Azərbaycan karateçiləri Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Open 2026 – Grand Prix” beynəlxalq turnirində yeddi medal qazanıblar.
Sportfm.az xəbər verir ki, yığmamız komanda hesabında üçüncü yeri tutub.
“Fullkontakt şinkyokuşin karate” üslubu üzrə təşkil olunan yarışda 12 ölkədən yeniyetmə, gənc və böyük yaş qrupları üzrə idmançılar mübarizə aparıblar.
Yığma yarışı bir qızıl, iki gümüş və dörd bürünc medalla başa vurub.
Böyüklər arasında Səlahət Həsənov (80 kq) qızıl, Əliqismət Həsənov və Emin İsmayıllı isə (hər ikisi 70 kq) üçüncü yeri tutublar.
Qadınların yarışında Solmaz Zeynallı (60 kq) gümüş mükafata sahib olub.
14 yaşadək idmançılar arasında Kənan Həkimzadə (45 kq) ikinci, Məhəmməd Əliyev (50 kq) isə üçüncü olub. 18 yaşadək idmançıların mübarizəsində Zəhra Kərimova (55 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər
Boksçularımızdan Gürcüstanda 12 medal
Yığmamız Avropa birincisi oldu - UĞUR
Azərbaycan karateçilərindən 2 medal - Beynəlxalq turnir
Karateçilərimizdən dünya çempionatında 5 medal
Rio-2016: ABŞ-dan 50-ci medal – MEDAL SİYAHISI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası