Qaranlıq "PUB"lar və ciddi rəqib -14-cü turun analizi
İngiltərənin şimal-şərqində bir vaxtlar sənaye inqilabının mərkəzi olan və hazırda "Newcastle United" futbol klubu ilə daha çox tanınan şəhər, fəallığı və böyük qaranlıq "PUB"-ları ilə turistlərin diqqətini çəkir. Tələbə şəhəri sayılan bu məkan, İngilislərə uşaq böyütmək tövsiyə olunan şəhərlərdən biridir.
Ümumiyyətlə bu şəhər insanın sərhədlərini, müxtəlif sahələrdə açmağı üçün əla fürsətdir.
PL-nın geridə qoyduğumuz 14-cü turuna məhz Nyukaslda start verildi.
Stiv Bryusun yetirmələri "şəhərliləri" qəbul edirdi.
Oyundan öncə Quardiola jurnalistlər qarşısında çıxış edib: "Nyukasl həmişə çətin rəqibdir ancaq onlara uduza bilmərik."
Oyunun ilk dəqiqələrindən bəlli idi ki, Bryusun yetirmələri meydana nəinki uduzmağa deyil hətta evdə 3 xalı əldə etmək üçün çıxıb. Hər halda, komandanın məramı, oyundan bəlli idi. Oyun sonrası statistik göstəricilər dediklərimin əksini deyə bilər ancaq oyuna baxanlar məni gözəl başa düşür.
Stiv Bryus meydana, əntiqə heyət buraxmışdı.
Komandanın 80%-i özünü ən yaxşı tərəfdən göstərə bilirdi. Müdafiənin solunda Yetri Ulyams oyunun ən yaxşısı seçildi.
Conco Şelvinin təcrübəsi hesabına, komanda hiyləgər ev tapşırığını qolla bitirdi. Futbolçu əsasən qalmaqalları ilə yaddaşımızda daha çox qalsada bu futbolçunun PL təcrübəsindən hər zaman yararlanmaq lazımdır.
Migel Almiron məhsuldar ötürmə ilə yadda qaldı və məncə hücumun sağı düzgün futbolçuya etibar olunub.
Müdafiənin mərkəzi, Mançester Siti fubolçularına əməlli başlı baş ağrısı ola bildi. F.Fernandez və S.Klerk güvənli təsir bağışlayırdılar.
Sent Maksimin isə "tort üzərində albalıdır". Hər zaman komandanın ən yaxşısıdır.
Komandanın qapıçısı Dubravka isə məncə 14-cü turun ən güclüsüdür - 7 dəfə topu ustalıqla dəf etdi.
Klubun fanatları, ümumən klubun PL-dakı çıxışından narazı ola bilərlər, bu təbiidir amma Mançester Sitiyə qarşı Nyukasl olduqca cəsarətli oyun nümayiş etdirdi. Əhsən.
Klubun baş məşqçisi, Stiv Bryus oyundan sonra: "Yetirmələrim bu gün belə bir nəticə əldə etmək üçün çox çalışdılar. Qapıçımızdan bu gün mükəmməl oyun və bu cür nəhəng komandaya qarşı möhkəm olması tələb olunurdu. Çox şadam ki, oyunçular oyuna belə münasibət göstərdilər. Təbii ki, bu gün oyunu müdafiədən təşkil etməli olduğumuzu başa düşdük. Bilirdik ki, bu gün 3 mərkəz müdafiəçisi ilə oynayırıq, onları qapımız önündə rahat gəzməyə qoymayacağıq."
Mançester siti klubu tam olaraq hücum futboluna üstünlük verirdi. Müəyyən qədər rəqibi qiymətləndirmədilər.
De Bruynenin əla qolunu qeyd edərdim. Hesab bərabərləşəndə Quardiolanın məyusluğu çılğınlığa dönmüşdü. Burada təəcüblü heç bir şey yoxdur. Çətinliklə hesabda irəli çıxmışdılar ki, Nyukaslın hiyləgər və gözəl qolu nəticəsində hesab 2:2 oldu.
Nyukasl 2:2 Man Siti
Qrem Potterin yetirmələri "qağayılar" (Brighton & Hove albion) Liverpulun qonağı idi.
Nə 2017-18 mövsümündə nədə ötən mövsüm baxımlı oyunla yadda qalmayan komanda, cari mövsüm yeni baş maşqçiylə hələ ki, məhsuldar oyun göstərə bilmir. Darıxdırıcı oyunla PL-nın marağını öldürən komdalar siyahısına Braytonu, heç düşünmədən əlavə edərdim.
Oyundan əvvəl Qrem Potter bunları deyib:
"Komandanın uğurunun müqayisə olunması barədə danışarkən həm meydanda, həm də kənarda klubun inkişafını görməlisən.
Liverpul hazırda avropanın birincilərindəndir, onlara qarşı hansı formulla oynamağı tapmalıyıq"
Hansı formul? Çelsiyə, Lesterə, Aston Villaya, Mançester Y-ə qarşı hansı formulu tapmışdınız ki, ÇL-sının qalibi və özünündə dediyin kimi avropanın ən güclüsünə qarşıda hansısa formulu tapasan? Dağılma dövrü yaşayan Tottenhemi və daxili krizis keçirən Evertonu məğlub etmək, PL-nın baxımlı klubu olmaq deyil. Digər klublara baxıb, məşqçi dəyişmək trendinə qoşulmaq lazım deyildi. Hyutonun Braytonu hazırki kollektivlə müqayisədə daha yaxşı görünürdü.
Oyunun 18-ci dəqiqəsi, standart vəziyyət, Trent Aleksandr-Arnoldun ötürməsi, Vircil Van Deykin başla vurduğu qol.
Oyunun 24-cü dəqiqəsi, standart vəziyyət, Trent Aleksandr-Arnoldun ötürməsi, Vircil Van Deykin başla vurduğu qol.
Bir oyunda 25 dəqiqəyə başla dubl edən mərkəz müdafiəçisi. Bu futbolçuya qarşı oynamaq mümkün deyil.
Komandanın istənilən mövqeyində "oyun çıxarmağı" bacaran Van Deyk, qızıl topa ən vahid 3 namizəddən biridir. Şəxsən Klopp, bunun sərt olaraq tərəfdarıdır. Elə məndə. (Liverpul fanatı deyiləm)
Oyunda, Liverpul üçün xoşagəlməz anda yaşandı. Belə ki, oyunun 76-cı dəqiqəsində qapıçı Alisson, cərimə meydanından kənarda topa əllə toxunur və Atkinson tərəfindən, qırmızı kartla cəzalandırılır. Onu, qapıçı Adrian əvəz edir, meydanı isə qapıçı ilə bərabər Oksleyd Çemberleyn tərk edir. Elə həmin qayda pozuntusuna görə təyin olunan cərimə zərbəsini, Braytonun heyətində Lyuis Dank qola çevirir.
Həmin qol epizodu haqda danışım. Deməli, meydana yeni daxil olmuş qapıçı canlı səddi qurub qurtarmamış Atkinson fitini səsləndirir. Əlbəttə rəqib düşünmədən, qapıçının yerində olmadığını görüb qapının boş qalmış istiqamətində zərbə endirir və qol.
Liverpul fanatları Martin Atkinsona "Rüşvətkinson" ( İngilislər "Bribetkinson", ruslar "Взяткинсон") deyirlər. Bu ləqəbin, nə dərəcədə düz və ya səhf olduğunu müəyyət etməyə çalışmayacam. Amma hakim səhfi, PL-da hamının canını boğazına yığıb. Dünyanın ən baxımlı çempionatı, ən çox sərmayə qoyulan liqası, ən çox sevilən yarışında, belə "axmaq" hakim səhflərinin olması bədbəxtlikdir. Həmin epizodu izləyəndə adamın ağlına hər bir fikir gəlir. Əsas olan odur ki, buna baxmayaraq Liverpul növbəti 3 xalını əldə etdi.
Oyun boyu Liverpul olduqca gözəl təsir bağışlayırdı. Oksleyd Çemberleyn məhsuldar ötürmə və qolla yadda qalmasada oyunun ən yaxşılarından biri idi. Salaha isə növbəti istirahəti vermək olardı, misirli futbolçu ümumiyyətlə yadda qalmadı. Aleksandr - Arnold isə 2 məhsuldar ötürməsi ilə Qaret Sautqeytin nəzərini dahada çox cəlb etməyə və sözsüz ki, növbəti AÇ-da yığmanın əsas heyət futbolçusu olacağını təmin etməkdədir.
Oyundan sonra, Van Deyk:
"Brayton yaxşı komandadır. Risk edə bilirlər. Bu asan deyil. İkinci hissədə daha yaxşı oynamalıydıq, ancaq rəqibimizdə pis deyildi. Təəssüf ki, Alissona verilən qırmızı vərəqədən sonra yalnız özümüzü müdafiə etməyə məcbur olduq. Alissona qırmızı vərəqə verən an, daha yaxşı oynamalı idik. Onu çətin vəziyyətdə qoyduq, amma olan oldu. Bu gün daha yaxşı çıxış edə bilərdik, əsası odur ki, qazandıq ən vacib şey budur ”
Liverpul 2:1 Brayton.
Gözlənilməz nəticələrdən biri Londonda qeydə alındı, Çelsi doöma meydanında, Pl-nın ən geriləməkdə olan klubuna, Vest Hem klubuna məğlub oldu.
Ötən tur Mançester sitiyə məğlub olan və AL-sında Valensiya ilə bərabər qalan komandadın baş məşqçisi Lempard, bu oyun rotasiaya əl atmaq qərarına gəldi. İstənilən məşqçi üçün bu normaldır və hətta lazımdır.
Aydın məsələdir ki, bu mövsüm Çelsidə sabitlik olmayacaq və qarşıda çətin matçlar olacaq. Klubda rotasiya hava və su kimi lazım idi.
Ancaq gəlin edilən rotasiaya baxaq:
1. Kalum Hodson-Odoi qala-qala hücumun mərkəzini, PL üçün yaşlanmış, 33 yaşlı Olivye Jiruya həval etdi.
2. Rotasiaya düşməli olan ən vahid namizəd, artıq 4 oyundur ki, 2-ci divizyonda çıxış etməli okduğunu göstərən Meyson Mount əsas heyətdə çıxəş edir.
3.Viliyan skamyada, Kante skamyada.
Və yalnız 63-cü dəqiqədən sonra, adı çəkilən futbolçular meydana daxil olur və vəziyyəti dəyişə bilmir. Gec idi, komanda 48-ci dəqiqədə, qapısında bir qol görmüşdü.
Bu rotasiaya bir ad vermək olar - Lempard və komandası rəqibi qiymətləndirmir və artıq özlərini PL-nın ən güclülərindən hesab edir. Tezdir Frenk!
Ümid edək ki, bu komandaya dərs olacaq və Lempard bundan nəticə çıxaracaq.
Lempard, oyundan sonra: "Bir çox epizodlarda səviyyəmizdən aşağı oynadıq. Bu yeganə səbəb olmasa da, yenə də ayrıca qeyd edirəm ki, hücumların son mərhələsində kifayət qədər təsirli oynamadıq. Əvvəlki oyunlarda görüntü bir az fərqli idi. "Mançester Siti" və "Valensiya" ilə matçlarda meydanın daha çox hissəsində hərəkət edirdik,".- deyə mətbuat qarşısında çıxış edib.
Mourinyonun başçılığı altında, Tottenhem ikinci qələbəsini qazandı, Lester yenədə yüksəlişdə, Börnli öz meydanında Hocsonun yetirmələrinə məğlub oldu, Şeffild, çətin Vulverhempton səfərindən 1 xal apara bildi.
Tottenhem 3:2 Bornmut
Lester 2:1 Everton
Vulverhempton 1:1 Şeffild
Ötən tur 2 məşqçi qovulması ilə yadda qaldı. Arsenal klubunun rəhbərliyi Unay Emerini klubdan kənarlaşdırdı.
Növbəti oyununa Arsenal, müvəqqəti olaraq Lyunberqin başçılığı altında çıxmışdı. Səfərdə klub, Norviçin qonağı idi və oyun heç-heçə nəticələndi. Bir çoxları artıq oyundan nəticə çıxararaq, klubun çökməsində, təkcə Emerini deyil həmdə futbolçuların bərbad oyunlarını qeyd etdi. Düzdür, Norviçlə görüşdə, Arsenalın oyununda heç bir irəliləyiş yox idi Norviçin hücumçusu Pukki, Arsenalın müdafiəsi ilə nə istəsə edə bilirdi.
Bir neçə günə, Lyunberq klubda heç bir köklü dəyişiklik edə bilməzdi.
Yeni baş məşqçini gözləyək.
Norviç 2:2 Arsenal.
2-ci məşqçi qovulması, Uotfordda oldu. Klubu, mümkün qədər dibə çəkən Kike Sançez klubdan qovuldu. Ötən buraxılışlarımızı oxuyanlar, bu məşqçiyə necə yanaşdığımı, daha doğrusu Kikedən əvvəlki məşqçi, Qrasiyanın klubdan qovulmasına münasibətimi bilirlər. Klub rəhbərliyinin peşman olacağını qeyd etmişdim və sizi əmin edirəm ki, hazırda bu belədir.
Uotford, səfərdə Hazenhyüttlun yetirmələrinə məğlub oldu.
Southempton 2:1 Uotford.
Mançester Yunayted klubu Aston Villanı qəbul edirdi və Din Smitin yetirmələrinə qalib gələ bilmədi.
MY 2:2 Aston Villa
15-ci turda görüşənədək.
Emin Şəmsiyev
Oxşar xəbərlər
İngiltərə Premyer Liqasında son turun analizi - Emin Şəmsiyev
4 il imtahana hazırlaşan "keb" sürücüləri və Mourinyonun B planı - Analiz
İngiltərə Premyer Liqasının 11-ci turunun analizi - ""Arsenal"ın mirasını öldürdülər"
İngiltərə Premyer Liqasının 10-cu turunun geniş analizi - EKSPERTİMİZ YAZIR
İngiltərə Premyer Liqasının 9-cu turunun geniş analizi - EKSPERTİMİZ YAZIR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası