reklam
Millimiz Batumidə çempion oldu
Sportfm.az xəbər saytı

Millimiz Batumidə çempion oldu


Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin final görüşünə çıxıb.

Sportfm.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisi həlledici qarşılaşmada Latviya yığmasını 4:0 hesabı ilə məğlub edib. Qollları Elşad Mandafov (2), Orxan Məmmədov və Ramil Əliyev vurublar.

Bu qələbə sayəsində Azərbaycan millisi EBSL-in B Liqasının qalibi olub. Bununla yanaşı, yığmamız Avropa çempionatının A Liqasına yüksələrək növbəti mövsümdən qitənin ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.

Azərbaycan millisi turnir ərzində uğurlu çıxışı ilə seçilərək həm çempionluğa, həm də A Liqasına vəsiqəyə sahib çıxıb.

Oxşar xəbərlər

Millimiz Avropa çempionatının pley-offunda
Millimiz İngiltərəyə qalib gəldi
Millimiz Avropa çempionatında 3-cü oldu
Azərbaycan millisi yarımfinalda uduzdu - Avropa çempionatı
Yığmamız İngiltərəyə qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər