reklam
Yığmamız İngiltərəyə qalib gəldi
Sportfm.az xəbər saytı

Yığmamız İngiltərəyə qalib gəldi


Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının 1-ci seçmə mərhələsində (EBSL) ilk oyununu keçirib.

Sportfm.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz İngiltərə yığması ilə qarşılaşıb.

İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun çalışdırdığı millimizi 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Ramil Əliyev iki, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə bir dəfə fərqləniblər, bir qol isə avtoqol kimi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyunlarını mayın 24-də Belçika (13:00), 25-də isə Litva (14:15) seçməsinə qarşı keçirəcək.

Oxşar xəbərlər

Millimizin oyunlarının vaxtı bilindi - Avropa çempionatı
Millimiz Lüksemburqa məğlub oldu
Azərbaycan millisi İngiltərəyə qarşı
Millimiz Türkiyəyə yollanır
Millimiz İngiltərəyə qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər