reklam
“Qalatasaray”ın əfsanəsi dünyasını dəyişdi
Sportfm.az xəbər saytı

“Qalatasaray”ın əfsanəsi dünyasını dəyişdi


“Qalatasaray”ın sabiq futbolçusu Cevad Prekazi dünyasını dəyişib.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə təmsilçisinin əfsanəvi oyunçusu 69 yaşında vəfat edib.

"Qalatasaray" bu haqda paylaşımında bildirib: “Unudulmaz qolları və yaşatdığı sevinclərlə bir nəsli “Qalatasaray” azarkeşinə çevirən Prekazi qəlbimizdə daim yaşayacaq. Səni unutmayacağıq”.

Cevad Prekazi 1985-1991-ci illərdə “Qalatasaray”da oynayıb, klubla, 2 dəfə Türkiyə Superliqasının, 1 dəfə ölkə kubokunun və 3 dəfə Superkubokun qalibi olub. O, karyerası ərzində “Partizan”, “Hayduk Split”, “Altay” və “Bakırköyspor” klublarında da çıxış edib.

Oxşar xəbərlər

"Dinamo Kiyev"in sabiq oyunçusu dünyasını dəyişdi
Türkiyə millisinin sabiq basketbolçusu dünyasını dəyişdi
"Qalatasaray"ın sabiq prezidenti dünyasını dəyişdi - 91 yaşında
"Qalatasaray"ın sabiq prezidenti dünyasını dəyişdi
"Qalatasaray"ın sabiq müdafiəçisi dünyasını dəyişdi - 95 yaşında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər