reklam
Millimiz Avropa çempionatının pley-offunda
Sportfm.az xəbər saytı

Millimiz Avropa çempionatının pley-offunda


Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb.
Sportfm.az xəbər verir ki, B Liqasının B qrupunda yer alan millimiz Latviya yığması ilə qarşılaşıb.

Batumi çimərlik meydançasında baş tutan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər iki qolu Orxan Məmmədov vurub.

Bununla qrupda ikinci yeri tutan Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb. Komandamız bu raundda Norveç yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz qrupdakı ilk iki oyunda İngiltərəyə 8:3, Slovakiyaya 4:2 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Millimiz İngiltərəyə qalib gəldi
Millimiz Moldovaya qalib gəldi
Azərbaycan millisi yarımfinalda uduzdu - Avropa çempionatı
Milli komandamız Avropa Superfinalına vəsiqə qazandı
Yığmamız İngiltərəyə qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər