reklam
Millimiz İngiltərəyə qalib gəldi
Sportfm.az xəbər saytı

Millimiz İngiltərəyə qalib gəldi


Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ilk oyuna çıxıb.
Sportfm.az xəbər verir ki, B Liqasının B qrupunda yer alan millimiz İngiltərə yığması ilə qarşılaşıb.

Batumi çimərlik meydançasında baş tutan görüş komandamızın 8:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığmasının heyətində Sabir Allahquliyev 4, Sahib Məmmədov və Mirmövsüm Cəniyev isə hərəyə 2 qol vurublar.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu bu gün Slovakiyaya, üçüncü matçını isə iyulun 17-də Latviyaya qarşı keçirəcək.

Oxşar xəbərlər

Millimiz Moldovaya qalib gəldi
Azərbaycan millisi yarımfinalda uduzdu - Avropa çempionatı
Yığmamız İngiltərəyə qalib gəldi
Azərbaycan millisi Belarusa məğlub oldu
Millimiz İngiltərəyə qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər