reklam
AFFA nümayəndələri UEFA-nın illik konfransında
Sportfm.az xəbər saytı

AFFA nümayəndələri UEFA-nın illik konfransında


AFFA baş katibinin müavini, UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin üzvü Elçin Məmmədov və digər nümayəndələr noyabrın 4-5-də Çexiyanın paytaxtı Praqada UEFA Klub Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı üzrə illik konfransda iştirak ediblər.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

Konfransda Avropa klublarının futbol mənzərəsi, klub lisenziyalaşdırılması sahəsində yeniliklər, maliyyə davamlılığı, idarəetmə, uyğunluq və risklərin idarə edilməsi, eləcə də maliyyə sahəsində süni intellektin tətbiqi kimi mövzular müzakirə olunub.

Həmçinin, qadın futbolunda davamlı yarışların təşkili və inkişafı, Avropa ölkələrinin klub lisenziyalaşdırılması təcrübəsi və Çexiya futbolunda bu sahənin 30 illik inkişaf yolu barədə təqdimatlar keçirilib.
AFFA nümayəndələri UEFA-nın illik konfransında

Oxşar xəbərlər

AFFA nümayəndələri UEFA-nın seminarında
AFFA rəsmiləri UEFA-nın Konfransında
Federasiya rəsmisi İsveçrəyə yollandı
AFFA-nın əməkdaşları UEFA konfransında iştirak etdi
AFFA-nın əməkdaşları UEFA-nın seminarında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər