reklam
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazandı
Sportfm.az xəbər saytı

Güləşçilərimiz Qazaxıstanda 8 medal qazandı


Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanın Kökşetau şəhərində əməkdar məşqçi Axmetjan Kazımbetovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi turnirdə 8 medal qazanıblar.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildirilib.

Memorialda U-17 millisinin böyük məşqçisi Hacı Əliyev və məşqçi Allahverdi Vəliyevin rəhbərliyi altında 8 Azərbaycan güləşçisi fəxri kürsüyə qalxıb.

Yusif Abdullayev (45 kq), Süleyman Şirinov (51 kq), İbrahim Həsənov (55 kq) və Elcan Həsənov (65 kq) qızıl, Hüseyn Rzazadə (55 kq), Elvin Necəfzadə (92 kq) gümüş, Tunar Hüseynov (48 kq) və Nicat Mustafayev (110 kq) isə bürünc medal qazanıblar.

Oxşar xəbərlər

Güləşçilərimiz Bolqarıstanda gümüş medalla kifayətləndi
Güləşçilərimiz "Zəfər Kuboku"nda iştirak edəcək
Güləşçilərimiz Rusiyada 3 medal qazandı
Güləşçilərimiz Minskdə 8 medal qazandı
Güləşçilərimiz Qazaxıstandakı turnirdə 10 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər