Emin Mahmudov Premyer Liqada peyda ola bilər - ÖZƏL
Azərbaycan yığmasının üzvü Emin Mahmudovun Portuqaliyanı tərk etdiyini xəbər vermişdik. Ötən ilin yayında "Boavişta"ya keçən yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı xitam verilmişdi. Sportfm.az saytına verilən məlumata görə, yığmamızın üzvü uzun illər çıxış etdiyi Rusiya çempionatına geri dönür. Belə ki, vaxtilə "Spartak"(Moskva), "Krılya Sovetov", "Saturn", "Tom" və "Mordoviya" kimi klubların şərəfini qoruyan 25 yaşlı futbolçunun xidmətində bu il Rusiya Premyer Liqasına vəsiqə qazanan "SKA-Xabarovsk" komandası maraqlıdır. Xabarovsk təmsilçisi Mahmudovla birillik müqavilə imzalamaq istəyindədir.
Qeyd edək ki, hazırda "SKA-Xabarovsk" 7 oyundan sonra cəmi 5 xal toplayaraq turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır
Oxşar xəbərlər
Azərbaycanlı futbolçu üçün Rusiyada 57 dəqiqə
"Riad Rəfiyevə dedim ki, Avropada klub tap, millidə oynayım" - Emin Mahmudov
Emin Mahmudov "Neftçi"də
Emin Mahmudov "Neftçi"də?
Emin Mahmudov klubsuz qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası