"Riad Rəfiyevə dedim ki, Avropada klub tap, millidə oynayım" -Emin Mahmudov
"Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycan millisini seçdiyi üçün valideynlərinə Bakının mərkəzində mənzil verilməsi barədə yayılan söz-söhbətlərə münasibət bildirib.
Sportfm.az xəbər verir ki, 28 yaşlı futbolçu "İbrakadabra" "YouTube" kanalına müsahibəsində xəbəri təkzib edib.
Təcrübəli oyunçu söyləyib ki, onun yığmaya gəlişində hazırda "Sumqayıt"ın prezidenti olan Riad Rəfiyevin rolu olub: "Xeyr, bu, yalandır. Mən heç nə almamışam. Mənimlə həmin vaxt Riad Rəfiyev danışmışdı. Onun agentliyi var, eyni zamanda Azərbaycan millisinin meneceri idi. Hazırda isə "Sumqayıt"ın prezidentidir. Ona demişdim ki, Avropada mənə klub tapsan, Azərbaycan millisində çıxış edərəm. Buna görə pul və ya başqa heç nə almamışam".
Mahmudov deyib ki, əvvəllər Rusiya və Azərbaycan oynayanda ikincilərə azarkeşlik edib: "İndi də vəziyyət eynidir. Azərbaycana azarkeşlik edirəm. Sadəcə, Azərbaycan pasportunu seçsən, Rusiya Premyer Liqasında oynamağın çətinləşəcək. Çünki legioner sayılacaqsan. Hazırda bütün problemlər bundadır. Limit olmasaydı, Azərbaycan yığmasının üzvü kimi Rusiya çempionatında oynayacaqdım".
Futbolçu bildirib ki, indiyə qədər heç vaxt bara getməyib.
Qeyd edək ki, Rusiyada "Saturn"un yetirməsi olan Emin Mahmudov "Spartak" (Moskva), "Tom", "Krılya Sovetov", "Mordoviya" klublarının, həmçinin Portuqaliyada "Boavişta"nın formasını geyinib. O, 2017-ci ilin yayından "Neftçi"də çıxış edir. (report)
Oxşar xəbərlər
Ayaz Quliyev Azərbaycan millisində
"Ayaz Quliyevin Azərbaycan millisində oynaması sevindiricidir" - AÇIQLAMA
“Azərbaycandan üzr istəmək üçün səbəb yoxdur” - Aleksandr Səmədov
Emin Mahmudov Premyer Liqada peyda ola bilər - ÖZƏL
Emin Mahmudov klubsuz qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası