reklam
Millimizin dünya çempionatı üçün heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Millimizin dünya çempionatı üçün heyəti açıqlandı -SİYAHI


19–22 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.

Sportfm.az xəbər verir ki, Azərbaycan mundialda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunacaq.

Komandaya gənc oğlanlardan ibarət millinin baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Əbdülhəqq Rəsullu, gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət seçməmizin baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər.

Gənclər arasında dünya çempionatında 82 ölkədən 597 idmançının (319 oğlan, 278 qız) iştirakı nəzərdə tutulub.

Azərbaycan millisinin heyətini təqdim edirik:

Qızlar

-48 kq
Nərgiz Əhmədova

-52 kq
Aysun Məmmədova

-57 kq
Xədicə Qədəşova
Vüsalə Hacıyeva

-63 kq
Hanna Zaytseva

Oğlanlar

-60 kq
Ayxan Mirzəzadə

-66 kq
Məhəmməd Musayev

-81 kq
Mehdi Abbasov
Cəsur İbadlı

-90 kq
Süleyman Şükürov
Aslan Kotsoyev

-100 kq
Davud Namazlı
Canpolad Əliyev

+100 kq
Ramazan Əhmədov

Oxşar xəbərlər

Ölkəmizi Asiya kubokunda onlar təmsil edəcək
Cüdoçular qran-pri turnirində iştirak edəcək
Millimizin Avropa çempionatı üçün heyəti bilindi - SİYAHI
Ölkəmizi Avropa kubokunda təmsil edəcək cüdoçularımız - SİYAHI
Gənc cüdoçularımız Avropa çempionatında mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər