Azərbaycanlı futbolçu üçün Rusiyada 57 dəqiqə
Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 32-ci turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Volqar Astraxan” ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.
“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O, bu görüşdə məhz Kamranı əvəz edib.
“SKA-Xabarovsk” 32 turdan sonra 53 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Emil bu dəfə 45 dəqiqə oynadı
Quliyevdən uğursuz debüt
Əliyevin komandası 3-cü pilləyə yüksəldi - Milli Futbol Liqası
Namik oynadı, komandası xal itirdi - Türkiyə 1-ci liqası
Kamran Əliyevin komandası 3 qol buraxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA U-15 Dünya Çempionatını canlı izləyin
-
“Kəpəz”in fan-shopu fəaliyyətə başladı
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
“Turan”ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq
-
İki güləşçimiz 1/4 finalda - Dünya çempionatı
-
“Şimal” – “Araz-Naxçıvan” matçına hakim təyinatları- Azərbaycan Kuboku














Misli Premyer Liqası