reklam
Emin Mahmudov klubsuz qaldı
Sportfm.az xəbər saytı

Emin Mahmudov klubsuz qaldı


Rusiya Premyer Liqa təmsilçisi"Krılya Sovetov" əslən azərbaycanlı futbolçu Emin Mahmudovla yollarını ayırıb. Qol.az-ın məlumatına görə, bu haqda klubun rəsmi "Twitter" səhifəsi məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçinin Samara komandasını tərk etdiyi açıqlanıb. Klubun baş direktor Vitali Şaşkov TASS-a açıqlamasında bildirib ki, Mahmudovla müqavilə qarşılıqlı razılıq əsasında pozulacaq. O bildirib ki, buna görə, Eminə heç bir ödəniş edilməyəcək. "O, özünü başqa klubda sınamaq istəyir. Biz isə həmin mövqeni gücləndirmək istəyirik. Klubumuzun şəxsən Mahmudova iradı yoxdur. O, yaxşı futbolçu və insandır".

Mahmudov "Krılya Sovetov"a 2013-cü ildə Moskva "Spartak"ından transfer olub. Futbolçu ötən mövsümü icarə əsasında "Mordoviya"da keçirib.

Oxşar xəbərlər

Azərbaycanlı futbolçu Rusiya klubundan ayrıldı - Müqaviləyə xitam verildi
Ramil Şeydayev onsuz qaldı
Emin Mahmudov Premyer Liqada peyda ola bilər - ÖZƏL
Azərbaycanlı futbolçu yeni klubla anlaşdı
Azərbaycanlı futbolçu Portuqaliyanın tanınmış klubu ilə müqavilə bağladı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər