reklam
Pelenin sözünü doğruldan oyun -
Sportfm.az xəbər saytı

Pelenin sözünü doğruldan oyun -Emin Şəmsiyev yazır


Futbolun Kralı, Pele:
"Liverpul və Mançester Y. arasındakı matçlar, dünya səviyyəsində İspaniyadakı "El Clasico"dan aşağı deyil və qətiyyən geri qalmır.
Rayan Qiqqz:
"Liverpul və Mançester Y. oyunları, ingilis futbolu tarixinin ən məşhur oyunlarıdır"
PL-da 23-cü turun ən gərgin və mərkəzi görüşü, Liverpul və Mançester Yunayted klublarının görüşüdür. Ötən turun analizinə, PL tarixinin ən "sərxoş" qarşıdurması (azərkeşlərin ən çox spirtli içki qəbul edib izlədiyi görüş) haqda faktlarla başlamaq istərdim.
İngiltərənin Şimal-Qərb bölgəsində yerləşən hər iki klub, ümumilikdə120-dən çox kubok qazanaraq İngilis futbolu tarixində ən uğurlu futbol klubu kimi tanınırlar.
Bu qarşıdurma ilə bağlı, qısaca tarixə səyahət edək.
Bəzi qarşıdurmaların əzəli və gərgin olması idman çərçivəsindən kənara çıxır və bu derbi bunun təsdiqidir. 19-cu əsrin sonlarında Mançester və Liverpul, iqtisadi səbəblərə görə şimal-qərb ərazisini idarə etmək uğrunda çox gərgin mübarizə aparırdılar. 1894-cü ildə Mançesterdə gəmilər üçün bir kanal qurulur. Buda o deməkdir ki, məhsullar artıq Liverpul şəhərindən yan keçərək birbaşa Mançesterə göndərilə bilər. Nəticədə, Mersisaydlıların bir çoxu işlərini itirirlər. Elə o vaxtdan bəri Liverpulun bu qarşıdurmanın əsas əlamətlərindən olan "Mançesterə nifrəti" meydana çıxır.
Klublar arasındakı ilk oyun Enfilddə oynanılıb və Yunaytedin 7:0 hesablı məğlubiyyəti ilə başa çatıb. Növbəti görüşdə mankuniyanlılar qisas alır və 5:2 hesabı ilə qalib gəlir.
Komandaların azərkeşləridə, daha doğrusu xuliqanlarda öz aralarında özlərinəməxsus qanlı dava yarışı qururlar. Əlbəttə ingiltərə mətbuatı, bu günkü günlərdə bu faktı dünyadan gizlətsədə, onlarda günü bu gündə bu faktlar qeydə alınmaqdadır.
1976-cı ildə Enfilddən, burnunda dart (ucubiz idman silahı) olan Mançester Y. fanatının fotosu butun qəzetlərin bəzəyinə çevrilir. 1986-cı ilin fevralında iki komanda arasında keçirilən matç günü Enfildə gələn, Mançesterin futbolçuları yerləşən avtobusa, azərkeş tərəfindən bütöv bir kərpic atılır. Kərpic Mark Hyuzun oturduğu pəncərəyə dəyir. "Mançester Yunayted" in oyunçuları avtobusdan düşərək Enfilddəki soyunma otağına tərəf getdikdə naməlum şəxs onların istiqamətinə qaz balonu ilə hücum edir (güman edilir ki, ammonyak idi). Bu hücumda uşaqlar da daxil olmaqla 22 azarkeş zərər çəkir bəziləri xəstəxanaya aparılır.
Bu günə qədər keçirilən oyunlarda, bütün turlar daxil olmaqla, Mançester Yunayted klubu daha çox qalib gəlib. Ancaq bu gün bu heç bir şeyi dəyişmir və tarix olaraq qalır.
Mərkəzi görüşün analizini ən sona saxlayaq.
___________________
İngiltərənin tanınmış və maraqlı mahallarından biridə Hartforşirdir. Tədricən London böyüdükcə, Hartfordşir qraflığı, İngilis paytaxtına dahada yaxınlaşır və planın əlverişli olduğunu görən aristokratlar, burada yerli iqtisadiyyatı sürətləndirən mahal qurur. Sənaye inqilabı dövründə mahal daha da inkişaf edir və əhali xeyli artır. 1903-cü ildə qraflığın Leçford şəhəri dünyanın ilk bağça - şəhərinə çevrilir.
Hartfordşir, Romanın Verulamium şəhərinin xarabalıqları, De Haviland Aviasiya Muzeyi və Bernard Şounun iqamətgahı da daxil olmaqla bir çox maraqlı yerlərə malikdir.
PL-nın 23-cü turunada məhz Hartfordşirdə start verildi. Yerli Uotford, Tottenhem klubunu qəbul edirdi.
Başlayaq qonaqlardan, daha doğrusu bir balaca qonaların baş məşqçisindən.
Morinyonun giley-güzarı yenədə zəhlə tökməyə başlayıb. Ən azı londonlu azərkeşlərin fikirini oxuyub öyrənəndə anladım ki, 70% azərkeş onu "pişiyin əli ətə çatmaması" məsələsi ilə sıx bağlayır.
Ötən həftə jurnalistlər qarşısında "şikayətlənib".
Mourinyo:
"Bəzi PL komandaları ilə eyni heyətə sahib deyilik. Mən "Manchester City"-nin oyununu izlədim, onlarda ehtiyatda Sterlinq, Bernardo Silva, Gündoğan, Otamendi vardı, bilirsinizmi?"
Xeyr Joze, bilmirdik. Nə yaxşı ki, dedin.
"Liverpool-da həm əsas heyəti, həm də skamyanı görürsən. Matip, Lovren, Keita və Fabinyo hələ zədəlidirlər. Xeyr, mən onlara paxıllıq etmirəm, əla bir işim var, amma tamamilə fərqlidir. Bu (Tottenhem) tamamilə fərqli bir klubdur. "
Bəs klubun təklifini qəbul edəndə elə bilirdin ki, Tottenhemin heyəti ulduzlardan ibarətdir? Mən anlamıram, bir məşqçi klubla müqavilə imzalamağa hələ hazırlaşarkən klub barəsində məlumat əldə etmir? Məşqçi kluba gələr-gəlməz ancaq şikayətlər edir. Bununla nəyə nail olmaq istəyir? Klub rəhbərliyi səni kluba, milyard xərclətmək üçün deyil əsasən əlində olan resurslardan düzgün və faydalı şəkildə istfadə etməyə dəvət edib. Poçettino, transfersiz olaraq, ÇL-nın finalına çıxmışdı, bəs onda o nə etsin "iki yaylıqla ağlasın"? Poçettino mövsüm ərzində Harri Keyni iki dəfə zədə səbəbindən itirmişdi, ancaq ondan şikayət əvəzinə, zədəli futbolçulara və onları əvəz edəcək futbolçulara dəstək və nəticə görürdük. İki tanınmış mütəxəssisin fərqi göz önündədir. Əlbəttə mən Tottenhem kollektivinə və həmçinin Mourinyoya uğurlar arzu edirəm amma köhnəlmiş, çılğın, uşaqsayağı fikirləri çoxdan geridə qoymaq lazımdır.
Gah rəqib komandanın məşqçisinin başının üstünü kəsdirib casusluq edir (söhbət Southemptonla qarşılaşmadan gedir), yada "bekarçılıq" olanda absurd bəyanatlarla gündəmdə qalmağa can atır.
P.S. Britaniya mətbuatı Jozeni, karikatura şəklində "Coker" filminin qəhrəmanına bənzədib onu "Oskar" mükafatına layiq görüblər.
Keçək oyuna.
Hücumçu sarıdan böhran yaşayan Mourinyo, 4-3-3 taktiki sxemi ilə hücumun mərkəzini Lukas Mouraya həvalə etmişdi. Futbolçu işinin öhtəsindən gələ bilməməsi qınanılası deyil, insan "yalançı doqquzluq" işini yerinə yetirirdi. Bundan əlavə Tottenhem, mərkəzdən heç də təhlükəki görsənmirdi. Bəlkədə klubda Keyn "maniası" var. Ötən mövsüm Keyn zədələndiyi müddətdə klub oyunçunun yoxluğunu elədə hiss etdirmirdi, cari mövsüm bunun tamamilə əksini görürük. Klubun bu cür çətin anında vaş məşqçi Erikseni ehtiyatda saxlayır. Suala isə "Futbolçu hazırda klubdan getmək əhvalındadır, onun nevə oynayacağını mən daha yaxşı bilirəm" cavabını verir. Oyun, portuqaliyalı gənc futbolçu Cedson Fernandeşin debyutu ilədə yadda qaldı. Ən əlamətdar hadisə isə 70-ci dəqiqədə qeydə alındı, Paulo Qazzaniqa Troy Dininin yerinə yetirdiyi penalti zərbəsini dəf etdi.
Oyun, qolsyz bərabərliklə başa çatdı.
Ev sahibləri isə bu mövsümü əldən verməməyi qarşılarında bir nömrəli məqsəd qoymalıdırlar.
Uotford 0:0 Tottenhem
23-cü tura qədər turnir cədvəlində ilk altılıqda qərarlaşan Şeffild Yunayted klubu həmin durumun əldən getməsini "2×2" qədər asan olduğunu çox gözəl anlayırdı. (7-ci yerdə qərarlaşmış "canavarların" və 8-ci pillədəki Tottenhemin rəqibləri elədə çətin rəqiblər deyildi xal fərqi isə 1 və 2 xal). Lakin Kris Uaylderin bu mövsüm nə dərəcədə zəhmli bir kollektiv yaratdığının şahidiyik. Ötən buraxılışımızda Şeffildin uğurları barədə qısaca söhbət açmışdım. Kris Uaylder, olduqca gərgin və çətin PL "atmosferindən" baş çıxara bilir. Həqiqətəndə əhsən.
Məşqçinin uğurlarına, rəqib komandanın baş məşqçisi Mikel Artetada münasibət bildirib.
Arteta:  
“Uaylderin gördüyü işlər fenomenaldır. Menecerlər haqqında bəyəndiyim amilləri onda müşahidə edirəm. Onun komandasının həqiqi bir komanda olduğunu gördükdə, nə etməyə çalışdıqları çox aydın bilinir. Mən onun böyük fanatıyam. ”
Oyun, ev sahiblərinin nisbi üstünlüyü ilə başladı. Hücumun solunda çıxış edən Martinelli oyunun 45-ci dəqiqəsində hesabı açır. Futbolçunun klub üçün faydalı olacağı şübhəsizdir amma qeyd edim ki, qol vurmağına baxmayaraq heç də oyunun yaxşılarından biri deyildi.
Pep Quardiola 49 yaşının tamam olmasını qeyd etdiyi gün, Mançester Siti klubu Kristal Pelas kollektivini qəbul edirdi.
Mikel Arteta, meydanda baş verənlərə çox gec reaksiya göstərir, meydanın mərjəzində yaranmış aşkar səhfi qol buraxılandan daha tez dəyişmək lazım idi.
Mustafi hər zaman olduğu kimi, lazım olmayan yerdə daha çox vaxt keçirir, Meytlend-Naylz isə bütün ona bəslənən ümidləri heç edir.
Pepe isə hələ də handı klubda və hansı liqada çıxış etdiyinin fərqində deyil.
Şeffilddə isə hər bir şey qaydasındadır desəm yəqin ki, yanılmaram. Şeffildin heyətində bərabərlik qolunu oyunun 83-cü dəqiqəsində Con Flek vurdu.
Arsenal 1:1 Şeffild
Mançester Siti klubu Krusral Pelası qəbul edirdi.
İlk öncə qeyd edim ki, "şəhərlilər" 23-cü tur öncəsi bütün britaniya mətbuatının gündəmində olublar.
Belə ki, "Mançester Siti" nin futbolçuları "Instagram"-ın tanınmış 15 İtalyan modelini dəvət edib və Çeşir şəhərində yerləşən bir oteldə Aston Villa-nı məğlub etdikdən sonra səs-küylü ziyafət təşkil ediblər. Futbolçular, İtaliyan modelləri tez bir zamanda gətizdirmək üçün iki tanınmış, ictimaiyyətlə əlaqələr agentliyinin xidmətlərindən istifadə edbilər.
Pep Quardiola oyunçularının bir araya gəlmək istədiklərini bilirdi, ancaq oyunçuların modelləri çağıracağından çətin ki, xəbərdar idi.
Aston Villayla görüş Aquero üçün daha əlamətdar olub.
22-ci turda, PL tarixində het-triklər rekordunu qıran Serxio Aqüero bunları deyib:
"Rekordu qırdığım üçün çox şadam və ilk növbədə komanda yoldaşlarıma təşəkkür edirəm. Bu işdə mənə köməklik etdilər. İrəliləməyə davam etmək istəyirəm, amma bu klub tərəfdaşlarımdan asılı olacaq - əgər məni topla təmin etməyə davam etsələr, hər şey yaxşı olacaq! "
Elə Kristal Pelaslada olduqca yacşı təsir bağışlayan Aqüero deyəsən mükəmməl qayıdış edir.
Oyunda hesabı qonaqlar açdı. Oyunun 39-cu dəqiqəsində Qari Keyhilin ötürməsini Cenk Tosun lazımınca tamamlayır və budur səfərdə "qartallar" 0:1 hesabı ilə irəlidədir.
82 və 87-ci dəqiqələrdə Serxio Aqüero dubl edərək "şəhərliləri" hesabda irəli salır.
Oyunun 90-cı dəqiqəsində "Sitinin" braziliyalı mərkəz müdafiəçisi, təcrübəli Fernandinyo fərqlənir, topu öz qapısından keçirən futbolçu Aqüerinun bürün zəhmətini hədər edir.
Man Siti 2:2 Kristal P.
Norviç klubu Bornmutu qəbul edirdi.
Ötən həftə, müdafiədə olduqca pis təsir bağışlayan Norviç klubu iki hücumameylli futbolçunu transfer etməklə yadda qaldı.
Bornmuta gəlincə isə yalnız uğursuzluqlardan danışmaq olar.
Bəlkə də Bornmutun uğursuzluğunun əsas səbəblərindən biri Kallum Uilsondur. Sonuncu dəfə futbolçu 2019-cu ilin Oktyabrında qapı çərçivəsinə zərbə endirib və Sentyabr ayında qol vurub. Ən yaxşı ingilis hücumçulardan biri, bəlkə də karyerasında ən pis dövrünü yaşayır, bu da bütün komandanın böhranına səbəb olur. Uilson ilə nə baş verir və o, əvvəlki formasını bərpa edəcəkmi? Bu suallara cavab tapmaq üçün qarşıda cari mpvsümün qalan turları var.
Rayan Freyzer isə bütün gözləntilərin əksini göstərir. Ötən mövsüm ən yüksək göstəricilərlə (14 məhsuldar ötürmə və 7 qol) PL ulduzuna çevrilməkdə olan şotlandiyalı yarımmüdafiəçi cari mövsüm özünü heç yaxşı tərəfdən nümayiş etdirə bilmir.
Bundan əlavə klubda, Natan Ake olmaqla düz 6 müdafiəçi zədələnib.
Komandadakı uğursuzluqlara görə şəxsən mən, baş məşqçi Eddi Haunu günahlandırmıram. Komanda ən pis günlərini yaşayır. Eddi isə öz işinə olduqca ciddi və böyük məsuliyyətlə yanaşan məşqçidir.
Oyun, gözlənildiyi kimi başladı və gözlənilən kimidə başa çatdı. 33-cü dəqiqədə Timu Pukkinin vurduğu qol oyunda yeganə olub.
Norviç 1:0 Bornmut
Qrem Potterin yetirmələri, hazırki autsayderlərdən biri, Aston Villanı qəbul edirdi. Növbəti bərabərlikdə bu görüşdə qeydə alındı
Brayton 1:1 Aston Villa
Londonda, Olimpik Steydyumda iki yeni baş məşqçinin (Devid Moyes və Karlo Ançelotti) qarşılaşması kimi qiymətləndirilən, "Vest Hem - Everton" görüşü baş tutdu.
Mourinyodan fərqli olaraq Karlo Ançelotti, yeni klubu barədə daha adekvat fikirlər bildirib:
"Everton" da uğur qazanmaq üçün hər cür şərait var. Zəhmli bir klubdur. Qudison parkdakı ilk günümdə qəbul çox gözəl idi. Hələ gözəl abu-hava var. Hamıya çox təşəkkür edirəm. Bu, mənim üçün yeni bir təcrübədir, həqiqətən maraqlıdır. Bu, böyük tarixi və ənənələri olan maraqlı bir klubdur."
Oyuna gəlincə isə qeyd edim ki, bu oyunu maraqlılardan biri kimi qiymətləndirmək olmazdı. Növbəti bərabərlikdə bu görüşdə qeydə alındı. Oyun ərzində Everton klubu topu daha yaxşı idarə edir və özündə daha yaxşı saxlaya bilirdi.
Vest Hem 1:1 Everton
22-ci turda "canavarlara" qarşı keçirilən matçdan və Traoreylə qarşılaşmadan heyran qalan "Nyukasl" ın müdafiəçisi Yetro Uilyems, Traore haqda belə deyib:
"Karyeram ərzində çox yaxşı oyunçulara qarşı oynadım, amma onlardan heç biri Traore qədər sürətli deyildi. O inanılmaz, həqiqi bir vəhşidir. O, yalnız sürətli deyil, həm də olduqca güclüdür."
"Ronaldoya qarşı oynamaq Adama Traoreyə qarşı oynamaqdan daha asandır"
Uilyamsın sözlərində həqiqət var. 2014-cü ildən bəri, öz oyunu ilə transfer qiymətini 28 dəfə artıran futbolçu hazırda Vulverhemptonda ən çox ümid bəslənən və PL-da ən çox müzakirə olunan oyunçudur (əlbəttə ki, sözün yaxşı mənasında).
Ötən hesabat turunda, həmyerlimiz Renat Dadaşovunda çıxış etdiyi (mənim üçün son zamanların ən sevindirici halıdır) Vulverhempton, Southemptona səfər etdi.
22-ci turda, cari mövsümün nəhənglərindən sayılan Lesteri səfərdə məğlub edən Southempton "canavarlarla" görüşə xüsusi əhvalla hazırlaşmışdı.
Oyunun birinci hissəsi tam olaraq "müqəddəslərin" üstünlüyü ilə keçdi və hərgin hücumlar hesabda öz əksini tapdı. Bednarek və Şeyn Lonqun vurduğu qollarala birinci hissə Southemptonun 2:0 qələbəsi ilə başa çatdı.
İkinvi hissə başlayır və "Traore - Ximenez" dueti öz sözünü deyir. Oyunun 53-cü dəqiqəsində Traorenin ötürməsini Neto qola çevirir, 65-i dəqiqədə Raul Ximenez hesabı 2:2 edir və 76-cı dəqiqədə Traorenin ötürməsini Ximenez qola çevirir və budur, geridönüş 2:3.
Traore bu turdada özünü maksimum yaxşı tərəfdən göstərir.
Southempton 2:3 Vulverhempton
Növbəti iki oyunda, səfərdə oynamasına baxmayaraq favorit sayılan klibların hər ikisi məğlub oldu.
Nyukasl Çelsini, Börnlinisə Lesteri məğlub edir.
Nyukasl 1:0 Çelsi
Börnli 2:1 Lester
Mərkəzi görüş Enfilddə baş tutdu
Kreyq Pousonun idatə etdiyi oyunu 53 min azərkeş seyr edirdi.
Qonaqların heyətində ciddi itki var idi. Markus Reşfordun zədəsinin ciddi olduğu məlum oldu.
Markus Reşforddan söhbət düşmüşkən, Mino Rayola Reşfordun agenti olmaq istəyir. Britaniya mətbuatının məlumatına görə, Rayola artıq ingilis hücumçunun agentləri ilə görüşərək gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib. Hazırda Rashfordun agentləri onun qardaşlarıdır və Minonun sözlərinə görə, bu, "Mançester Yunayted" in ulduzunun səviyyəsinə uyğun deyil. Buna görə o, şəxsən bununla məşğul olmağa qərar verib (bəli, pula görə deyil).
Həə, çox güman ki, tezliklə Vudvord Rayoladan Pogba və Reşfordu Real ya da Yuventusa aparmamasını xahiş etməli olacaq.
Keçək oyuna.
Mərkəzi görüş olmasına baxmayaraq oyun barədə danışılacaq elədə çox şey yoxdur. Daha doğrusu, Klopp elə bir kollekyiv formalaşdırıb ki, onların məğlubedilməzliyindən başqa digər faktlara toxunmaq olmur.
Mətkəz nüdafiaəçisi Van Deyk bir çox hücumçulara meydan oxuyur, qapıçı məhsuldar ötürmə ilə yadda qalır. Məndə Liverpul barədə olan öroqnozlara qoşulmaq istərdim və düşünürəm ki, cari mövsümün çempionu artıq məlumdur.
14-cü dəqiqədə Van Deyk, Aleksandr-Arnoldun ötürməsini qola çevirir. Oyunun 93-cü dəqiqəsində isə Mohamed Salah, qapıçı Alissonun ötürməsini qolla tamamlayır.
Liverpul 2:0 Mançester Yunayted.
23-cü tur barədə bu qədər, ümidvaram darıxmadınız. Növbəti tur daha maraqlı olacaq, mərkəzi görüş olan "Çelsi - Arsenal" görüşü, ikinvi maraqlı görüş sayılan "Vulverhempton - Liverpul" qarşılaşması və digər gərgin görüşlər olacaq. Sürprizlərin olmasına əminəm odur ki, növbəti turu və xüsusəndə tur sonrası buraxılışımızı izləməyi unutmayın.

Emin Şəmsiyev.

Oxşar xəbərlər

İngiltərə Premyer Liqasında son turun analizi - Emin Şəmsiyev
Qaranlıq "PUB"lar və ciddi rəqib - 14-cü turun analizi
İngiltərə Premyer Liqasının 11-ci turunun analizi - ""Arsenal"ın mirasını öldürdülər"
İngiltərə Premyer Liqasının 10-cu turunun geniş analizi - EKSPERTİMİZ YAZIR
İngiltərə Premyer Liqasının 9-cu turunun geniş analizi - EKSPERTİMİZ YAZIR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər