reklam
“Şamaxı”nın 200-cü bərabərliyi
Sportfm.az xəbər saytı

“Şamaxı”nın 200-cü bərabərliyi


“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü heç-heçəsinə imza atıb.

Sportfm.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətindən bildirilib.

Bu yubiley Misli Premyer Liqasının 11-ci turunda qeydə alınıb. Şamaxının eyniadlı təmsilçisi “Sabah”la səfər görüşündə bir xal qazanıb – 2:2.

Əvvəllər “Xəzər Universiteti”, “İnter”, “Keşlə” adları altında da çıxış edən komanda 737-ci matçında “200”ə çatıb. Heç-heçələrdən 93-ü evdə, 107-si səfərdə qeydə alınıb. Şamaxılılar “Neftçi” və “Qarabağ”dan sonra 200 və daha çox heç-heçə edən 3-cü komandadır.

“Xəzər Universiteti” adlandığı vaxt ilk heç-heçəsini edən komanda 1999-cu il dekabrın 5-də “Turan”la ev görüşündə qolsuz “sülh”ə imza atıb.

Oxşar xəbərlər

"Şamaxı" üçün ikiqat yubiley - Premyer Liqa
Tarixində 400-cü qələbə - Yubiley
"Şamaxı"nın 30-cu böyük hesablı yenilgisi
“Şamaxı” 700-cü oyununu keçirdi
“Şamaxı” 400-cü qoluna imza atdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər