İngiltərə Premyer Liqasının 10-cu turunun geniş analizi -EKSPERTİMİZ YAZIR
İngiltərənin öz milli mətbəxi yoxdur, olduqca maraqlı faktdır, əvəzində isə özlərinə məxsus sürətli və sərt fubolları var. Bu gün İPL-sının 10-cu turu haqda söhbət açacağıq.
Southempton və Lester klubları, bu tura start verdi. Daha dəqiq desək, tura startı Lester verdi, Southempon isə antirekordla tarixə düşdü. Rocersin kollektivinin, bu mövsümə stabil başlamarı barədə, ötən tur danışmışdım, əlavə edim ki, onlar çempionluğada vahid namizədə çevrilirlər.
25 oktyabr, 23:00, "Sent Meri" stadionu. Sauthemptonun ən pis kabuslarında, bu gün baş verənlər xüsusi bir yer tutur. Doğma meydanında rəqibindən, 9 cavabsız top görən "müqəddəslər", meydana sanki, futbol oynamağa deyil, "tülkülərin" növbəti tur öncəsi məşqi üçün bir vasitə olaraq çıxmışdırlar. Oyunun 12-ci dəqiqəsində Rayan Bertrandın meydandan qovulması, müəyyənləşdirici amilə çevrilə bilər, lakin klubun, məhəllə komandası kimi oynamasında bu, yalnız bəhanədir. Hazenhyutlun böyük etimad göstərdiyi Maya Yoşida, meydana hansı səbəbdən çıxmasını, özüdə bilmirdi.
Hər halda, müqəddəslərin fanatı olan bir adam var idi və stadiona ilk dəfə gəlmişdi. “Nə yaxşı, sevimli komandama ilk dəfə canlı baxacağam" deyə düşünürdü və baxdı.
Southempton 0:9 Lester Siti.
Quardiolanın yetirmələri "Etihadda" Aston Villanı qəbul edirdi. "Şəhərlilərin" aşkar üstünlüyü ilə keçən oyun 3:0 hesabı ilə başa çatır. Mançester siti növbəyi üç xalını, çətinlik çəkmədən əldə edir.
Man. siti 3:0 Aston Villa
Brayton və Everton klublarının görüşü 2 avtoqolla yadda qaldı. Hər iki klubun müdafiəçiləri, (Braytondan Vebster, Evertondan isə Luka Din) rəqibin xeyrinə öz qapılarından 1 top keçirdilər. Oyunda üstünlük əsasən Evertonun tərəfində olmasına baxmayaraq Braytonun futbolçuları, öz evində oynadıqlarını yaddan çıxarmırdılar. Evertonun heyətində Rişarlison, Braytonun heyətində isə müdafiəçi Den Börn, oyunun ən yaxşısı idilər.
Uotford və Bornmut komandalarının qarşılaşmaşı qolsuz bərabətliklə başa çatdı.
Kristian Pulişiç:"Peşəkar karyeramda ilk het-trikim idi, az qala topu özümlə götürmək yadımdan çıxacaqdır."
Şon Dayç və komandası, London təmsilçilərini, Çelsi klubunu qəbul edirdi. Mümkün qədər ingilis futbolu üslubuna üstünlük verən Börnli klubu, 58-ci dəqiqəyə qədər qapısından 4 top buraxdı. Kristian Pulişiç, sözsüz ki, oyunun ən yaxşısı idi və onu tənqid edənlərin cavabını öz oyunu ilə göstərdi. Ümid edək ki, bu ona, gələcəkdə lazımi kimi çıxış etmək üçün müsbət impuls verəcək.
Səfərdə oynamaqlarına baxmayaraq, Çelsi klubu meydanın istənilən zonasında lazım olan oyunu göstərirdi. Mateo Kovaçiç və Villian olduqca əla görsənirdilər. Komanda, Azarın yoxluğunu heçdə hiss etmir ki, bu uğuru mən ilk növbədə baş məşqçinin aktivinə yazardım.
Börnli 2:4 Çelsi
Stiv Bryus və komandası, "canavarları" qəbul edirdi. İlk hissədə Nyukasl meydanda yaxşı təsir bağışlayırdı. Oyunun 34-cü dəqiqəsində komandanın kapitanı Camal Lasels heasbı açır. İkinci hissəni isə komanda rəqibə bağışladı. Oyunun 73-cü dəqiqəsində C.Kastro bərabərlik qolunu vurur. 84-cü dəqiqədə Nyukaslın yarımmüdafiəçisi Şon Lonqstaff qırmızı kartla yadda qaldı.
Nyukasl 1:1 Vulverhempton
"Topçular" öz evində Kristal Pelas klubunu qəbul edirdi. Başlayaq Arsenalın kapitanı Qranit Cakadan və onunla bağlı olan qalmaqaldan. Oyunun 61-ci dəqiqəsində əvəzlənən Qranit, azərkeşlər tərəfinfən fitə basılır və buna olduqca sərt və biabrçı reaksiya göstərir - əlini qulağına tutub, həmin azerkeşləri təhqir edərək meydanı tərk edir. Əsl Kapitan "əhsən". Arsenal ÇL-nı çətin görsün. Mövsümün əvvəlindən bunu müşahidə etmək olardı. Komandanın dəhşətli bir oyunu daha doğrusu, onun olmaması Emerini dərindən düşündürməlidir. Komandanın qollarını mərkəz müdafiəçiləri vurdu - 7-ci dəqiqədə Sokratis, 9-cu dəqiqədə isə David Luiz hesabı 2:0 edir. Hesabda 2:0 irəlidə olmalarının qədrini bilməyən "topçular" oyunun 32 və 52-ci dəqiqələrində qapısından 2 top buraxır. Hocsonun yetirmələri, Milivoyeviç və Cordan Ayunun hesabına, məğlubiyyətdən xilas ola bilirlər.
Arsenal 2:2 Kristal Pelas
Turun mərkəzi görüşü Liverpul və Tottenhem klubları arasında oldu. Olduqca maraqlı, gərgin, sürətli və koloritli bi görüş idi. Bir sözlə, əsl mərkəzi oyun. Çempionlar liqasının son turunda hər iki klub, olduqca gözəl təsir bağışlamışdı, və hər iki klubda yüksək əhval müşahidə olunurdu.
Neqativ təsir bağışlayan amil, yalnız şübhəli qalan hakim qərarları idi. Entoni Teylor, məncə oyunu dahada şəffaf idarə edə bilərdi.
İlk öncə qeyd edim ki, Yottenhemin qapıçısı Paulo Qazzaniga bu görüşdə ən yüksək performansı göstərməklə, oyunun qəhrəmanına çevrildi. Əminəm ki, transfer bazarındada qiyməti yüksəldi. Enfilddə oynamaqlarına baxmayaraq
Tottenhem, Liverpula rahatlıq vermirdi. Klub azərkeşləri, məncə klubun bu cür oyunundan narazı qalmadılar.
Tottenhem klubu oyunun 1-ci dəqiqəsində, Harri Keynin, başla vurduğu qolla hesabda irəli keçdi. Bundan sonra Tottenhem daha bir neçə dəfə Liverpulun qapısı önündə təhlükə yarada bildi.
Liverpulun bərabərlik qolu oyunun 52-ci dəqiqəsində gəldi. Ötən turdakı qeyri stabil oyuna görə Hendersonu qınayanlar, bu görüşdə ondan olduqca razı qaldılar. Fabinyonun hava ötürməsindən sonra sol ayağı ilə Tottenhemin qapısından baxımlı qol keçirən Henderson, oyun sonrası intervyuda, öz oyunundan razı qaldığını bildirib. Liverpula 3 xalı qazandıran qolu isə Mohamed Salah, 75-ci dəqiqədə penalti zərbəsindən vurur.
Hər iki klub, yüksək səviyyəli mübarizə apardılar. Təki, hər oyun gözlərimiz bu cür dincəlsin.
Liverpul 2:1 Tottenhem
Norviç və MY klublarının görüşüdə olduqca maraqlı keçib desəm yanılmaram. Artıq azərkeşlər arasında "penaltilər kralı" afını alan MY-in iki fərqli futbolçusu (Reşford və Marsial) 11 metrlik zərbəni qapıdan keçirə bilməyiblər. Qapıçı Tim Krulun qəhrəmanlığı yoxsa MY-in futbolçularının "ustalığı"? Bu suala azərkeşlər özləri cavab versələr daha məqsədəmüvafiq olar. Penaltidən yararlana bilməuən Markus Reşford və Marsial, oyun epizodundan qol vurmağı daha üstün bilib, oyunun 30-cu və 73-cü dəqiqələtində rəqibə, "o olmasın, bu olsun" deyirlər.
Norviç 1:3 MY
Emin Şəmsiyev
Oxşar xəbərlər
İngiltərə Premyer Liqasında son turun analizi - Emin Şəmsiyev
Qaranlıq "PUB"lar və ciddi rəqib - 14-cü turun analizi
4 il imtahana hazırlaşan "keb" sürücüləri və Mourinyonun B planı - Analiz
İngiltərə Premyer Liqasının 11-ci turunun analizi - ""Arsenal"ın mirasını öldürdülər"
İngiltərə Premyer Liqasının 9-cu turunun geniş analizi - EKSPERTİMİZ YAZIR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası