İngiltərə Premyer Liqasının 11-ci turunun analizi -""Arsenal"ın mirasını öldürdülər"
Yolunuz ingiltərəyə düşsə və yerli əhali ilə dialoqun haradan başlandığını bilmirsinizsə, İngiltərənin havası hər zaman köməyə gələcək ideal bir mövzudur. Yerli təbii gözəlliklərə olan səmimi heyranlığınız, heç bir həqiqi ingilisi laqeyd qoymayacaqdır.
Biz isə bu gün İPL-nın, geridə qoyduğumuz 11-ci turu haqda söhbət açacağıq.
11-ci tura "Vitality Stadium"-da start verildi. Eddi Haunun "albalıları", MY klubunu qəbul edirdi.
Son turda, Uotfordla görüşdən sonra Eddi Hau, həyəcanlı olduqlarını və artıq hücum fuboluna üstünlük verəcəklərini bildirmişdir:
“Bu gün həyəcanlandıq. Son iki oyunda qol vurmamağımız bir az qəribədir, buna görə daha yaxşı hücum tərzinə qayıtmağa çalışacağıq.
Arnaut Danjuma - istedadlı oyunçudur, zədəli idi, amma indi hazırdır və ümid edirəm məşqlərdə nə etdiyini göstərə bilər"
10-cu turda, səfərdə oynamaqlarına baxmayaraq, Norviçə qarşı tam olaraq üstün oynayan MY, İngiltərə liqa kubokunda, Çelsinin qonağı idi. Üstün tərəf London təmsilçisi olmağına baxmayaraq, Reşford bu oyun klubunu növbəti mərhələyə çıxartdı(1:2).
Keçək oyuna və başlayaq qonaqlardan.
Bütün iradları Marsial və Pereyraya tutardım. Bu iki futbolçu ümumiyyətlə, heç bir performans göstərmədi. Hücumun mərkəzində qətiyyən effekt verə bilməyən bir futbolçudan Sulşer görəsən nə gözləyir? Əslində, televiziya vasitəsi ilə tamaşaçı prizmasından görülən səhfləri, baş məşqçi öz rakursundan daha aydın görür, hiss edir və məşqçi instinkti, məşqçini bu səhfi düzəltməyə vadar etməlidir.
Topu saxlama bacarığı və həlledici ötürməsi olmayan komandada meydana Linqard daxil olur, buda növbəti məşqçi acizliyi. MY- haqda hələlik digər əlavələrə ehtiyac yoxdur. Qatı azərkeşlərin bayraq tutduğu sözə görə "komandada krizisdir".
4 sarı kartla oyun keçirməsinə baxmayaraq Eddi Hau və yetirmələri, azərkeşləri oyunun 45-ci dəqiqəsində, Norveçli futbolçu Coşua Kinqin vurduğu qolla sevindirdilər. Bu həmdə oyunda yeganə qol oldu.
Bu qələbədən sonra Bornmut klubu, turnir cədvəlində 7-ci yerə yüksəldi.
Bornmut 1:0 MY
Arsenal klubu, liqa kuboku çərçivəsində Liverpulla oyundan sonra Vulverhempton klubunu qəbul edirdi.
Cari mövsümə nəzər salsaq, Arsenal klubu üçün çox çətin bir dövr yaşanır. Oyundakı problemlər, müdafiədə yaşanan böhran, komanda kapitanı ilə xoşagəlməz qalmaqal, baş məşqçinin ətrafında dolanan neqativ fikirlər, Özil ilə anlaşılmaz vəziyyət və s.
Arsenalın keçmiş ulduzu Emmanuel Peti: “Bilirsiniz məni kədərləndirən nədir? Məsələ burasındadır ki, Arsenal Çempionlar Liqasına qayıtmaq uğrunda mübarizə aparır, amma artıq klubun DNT-sini görmürəm. Sanki Venger getdikdən sonra Arsenalın mirasını öldürdülər. "
Oyuna gəlincə, deyim ki, Emeri, İPL-da öz ssenarisi ilə gedir və qətiyyən bu fikirindən dönmək istəmir. Arsenal, digər klublardan fərqli olaraq sanki, hər həftə 3 oyun keçirir. Oyunun 87-ci dəqiqəsində, 3 xala ehtiyacı olan klubun baş məşqçisi meydana Sead Kolaşinatsı buraxır və klub un azərkeşlərinə "yoxlanış atəşi açır".
Canavarlara isə böyük "əhsən" düşür. Mövsümün ən baxımlı oyunun keçirdilər və layiqli heç-heçə etdilər.
Arsenal 1:1 Vulverhempton
Şeffild Yunayted klubu, Şon Dayçin köhnəlmiş üslubuna qarşı olduqca gözəl oyun göstərdilər və vurduqları 3 cavabsız topla 3 xala yiyələndilər.
Şef.Yunayted 3:0 Börnli
Brayton klubu isə Norviç təmsilçilərini qəbul edirdi və 2:0 hesabı ilə qalib gəldilər.
Brayton H.A 2:0 Norviç siti
Mançester Siti - Southempton və Aston Villa - Liverpul görüşlərində, lider komandalar bir qədər riskli oyunla yadda qalıblar.
Mançester S. klubu öz evində oynamağına baxmayaraq, 0:1 hesabından yalnız 70-i dəqiqədə Aqüeronun vurduğu qolla xilas olununb. Qələbə qolunu isə oyunun 86-cı dəqiqəsində, ilk qolun ötürməsini edən Kayl Uoker vurub.
Man Siti 2:1 Southempton
Liverpul isə azərkeşlərinin əsəbi ilə daha çox oynayıb. Oyunun 87-ci dəqiqəsinə qədər hesabda geri olan mersisaydlılar Endryu Robertson və Sadio Manenin son dəqiqələrdə vurduqları qollarla 3 xalı təmin ediblər.
Aston Villa 1:2 Liverpul
Vest hem Yunayted klubu öz evində Nyukasla, Uotford isə Çelsiyə məğlub oldu.
Vest Hem 2:3 Nyukasl
Uotford 1:2 Çelsi
Rocers, ötən tur yenidən İPL-sı məşqçilərinin gözünü qorxutmaqla və turnirə intriqa qatmaqla məşğul olub. Lesterin futbolçuları səfərdə Krista Pelas klubunu 0:2 hesabı ilə məğlub ediblər.
Turun maraqlı oyunlarıdan biridə Everton və Tottenhem klubları arasında keçirilib.
Oyun qarşılıqlı hücumlarla və ən əsası sərt oyunlarla yadda qaldı.
Ev sahibi olaraq, Everton klubu yaxşı təsir bağışlayırdı. Birinci hissə qolsuz bərabərliklə yekunlaşdı.
İkinci hissə, gözlənilən kimi gərginliklə başladı və 52-ci dəqiqədə, Hyu Min Son Evertonun cərimə meydanında yerə yıxılır, Atkinson oyunu saxlayır və qalmaqallara səbəb olan sistem yəni "VAR" sisteminə görə, penalti qərarı verilmir. Oyunun 63-cü dəqiqəsində Dele Alli hesabı açır. Oyunun 70-ci dəqiqəsində isə "VAR" sistemi Evertonun əleyhinə işləyir. Penalti yoxdur. 79-cu dəqiqədə xoşagəlməz hadisə baş verir, Hyu Min Son, Andre Qomesa qarşı sərt oyun nümayiş etdirir. Hyu Min Son qırmızı kartla cəzalanır, Qomes isə ağır zədə ilə meydanı tərk edir. 97-ci dəqiqə və Cenk Tosun, nəhayət bu mövsüm klubunu ağır oyunda xilas edir.
Everton 1:1 Tottenhem
Olduqca maraqlı tur keçdi. Gələn turda bütün fanatlara bol uğurlar.
Emin Şəmsiyev
Oxşar xəbərlər
Premyer Liqanın təqvimi açıqlandı - SİYAHI
İngiltərə Premyer Liqasında son turun analizi - Emin Şəmsiyev
İngiltərə Premyer Liqasının 10-cu turunun geniş analizi - EKSPERTİMİZ YAZIR
"Liverpul" qalib gəldi, "Arsenal" xal itirdi
İngiltərə Premyer Liqasının 9-cu turunun geniş analizi - EKSPERTİMİZ YAZIR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası