reklam
Rövnəq Abdullayev Bayıl Məşq Mərkəzinin açılışında -
Sportfm.az xəbər saytı

Rövnəq Abdullayev Bayıl Məşq Mərkəzinin açılışında -FOTOLAR


Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvlərinin iştirakı ilə Bayıl Məşq Mərkəzinin açılış mərasimi təşkil olunub.
Sportfm.az xəbər verir ki, Rövnəq Abdullayev İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayev və İsgəndər Cavadovla birgə rəmzi qırmızı lenti kəsdikdən sonra məşq mərkəzinə baxış keçirilib. AFFA rəhbərliyi mərkəzdə futbolçular üçün yaradılmış şəraitlə tanış olub, fitnes zalına baxıblar. Mərkəzdəki 16 otaqda eyni zamanda 36 futbolçu və məşqçi yerləşdirilə bilər (otaqların ölçüsünə müvafiq olaraq çarpayıları artırıb sayı 42-yə çatdırmaq mümkündür). Bütün otaqlarda sanitar qovşaq mövcuddur. Eyni zamanda, camaşırxana və kafe də fəaliyyət göstərəcək.
AFFA ilə qarşılıqlı razılıq əsasında Bayıl Məşq Mərkəzindən həm yığma komandalar, həm də “Səbail” klubu yararlana biləcək.
Bayıl Məşq Mərkəzinin inşası üçün maliyyə vəsaiti AFFA-nın müraciətinə əsasən UEFA tərəfindən ayrılıb.

Oxşar xəbərlər

Rövnəq Abdullayev AFFA-dan gedir - AÇIQLAMA
AFFA yeni milli komanda yaratdı - RƏSMİ
İcraiyyə Komitəsinin üzvləri millinin məşqini izlədilər - FOTO
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildi
FİFA-nın maliyyə yardımı hesabına Bakı və Sumqayıtda təbii ot örtüklü meydan salınacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər