

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildi
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası start götürüb. Sportfm.az xəbər verir ki, toplantı milli assosiasiyanın inzibati binasında keçirilir.
İclasda AFFA prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezidenti Elşad Nəsirov, üzvlərdən AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, Futzal Federasiyasının prezidenti Zaur Axundov, təhsil nazirinin müavini Firudin Qurbanov, veteran futbolçu İskəndər Cavadov iştirak edirlər. Komitə üzvlərindən xarici işlər naziri Elmar Məmmədyarov, Çempionlar Liqasının II təsnifat mərhələsində "Kukesi" ilə ilk oyun üçün Albaniyaya gedən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, Sahə Futbol Federasiyalarının prezidenti Mahir Məmmədov, veteran futbolçu Kazbek Tuayev toplantıya qatılmayıb.İclasda eyni zamanda AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və digər rəsmi şəxslər yer alıblar.İcraiyyə Komitəsinin 2017/2018 mövsümündə I Divizion və əvəzedicilərin çempionatının təşkili ilə bağlı qərarlar qəbul edəcəyi gözlənilir. (report)
Oxşar xəbərlər
Çempionat dayandırıldı - “Qarabağ” çempion elan edildi - RƏSMİ
AFFA yeni milli komanda yaratdı - RƏSMİ
Fərid Mansurov AFFA-nın İcraiyyə Komitəsinin üzvü oldu
Bu gün AFFA rəhbərliyində seçki keçiriləcək
AFFA-da İcraiyyə Komitəsinin fövqəladə iclası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin