reklam
“Şəfa” “Araz-Naxçıvan”la bərabərə qaldı -
Sportfm.az xəbər saytı

“Şəfa” “Araz-Naxçıvan”la bərabərə qaldı -Premyer Liqa


Misli Premyer Liqasında 11-ci tur davam edir.

Sportfm.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.

“Şəfa” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu görüşün 16:00-da başlaması planlaşdırılsa da, "Araz-Naxçıvan"ın tıxacda qalması səbəbindən oyun saat 16:15-də start götürüb.

Günün digər matçında isə “Zirə” “Qəbələ” ilə qarşılaşır.

Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib.

7 noyabr (şənbə)

16:15. “Şəfa” - “Araz-Naxçıvan” - 2:2

Qollar: Bafode Dansoko, 6 (1:0), Ağadadaş Salyanskiy, 35 (1:1), Arsen Ağcabəyov, 39 (2:1), Mohamed Mara, 43 (2:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev, Emin Əliyev (VAR), Elşad Abdullayev (AVAR)
“SOCAR Polymer Arena”

Oxşar xəbərlər

“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı - Premyer Liqa
“Sumqayıt” - “Şəfa” ilə bərabərə qaldı - Premyer Liqa
“Araz-Naxçıvan” “Səbail"lə bərabərə qaldı - Misli Premyer Liqası
“Kəpəz” “Araz Naxçıvan”la bərabərə qaldı - Misli Premyer Liqası
"Araz Naxçıvan" "Səbail"lə bərabərə qaldı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər