FİFA-nın maliyyə yardımı hesabına Bakı və Sumqayıtda təbii ot örtüklü meydan salınacaq
Bu gün Bayıl stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev assosiasiyanın təsis olunmasının 25 illik yubileyi ilə əlaqədar İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevə ölkə futbolundakı səmərəli fəaliyyətinə görə diplom və xüsusi hədiyyə təqdim edib.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təyinatlar təsdiq olunsun:
- U-21 və U-20 - Rəşad Sadıqov
- U-19 - Vüqar Məmməd
- U-18 - Zaur Həşimov
- U-17 - Ramin Quliyev
2. FIFA-nın göstərdiyi maliyyə yardımı hesabına Sumqayıt şəhər stadionunun ərazisində 2 ədəd, Bakı Olimpiya Stadionunun ərazisində 1 ədəd təbii ot örtüklü standart ölçülü meydan salınsın.
3. Nailə Rüstəm-zadə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin olunsun.
İclasda, həmçinin "Futbol oyunlarının nəticəsinin manipulyasiyası faktları" və "Region Liqası" turniri ilə bağlı xüsusi tqdimatın müşayiəti ilə məlumat verilib.
Oxşar xəbərlər
İcraiyyə Komitəsinin iclası keçirildi
"Sabah"ın əvəzedici komandası ləğv edildi, Barış Şimşek təyinat aldı
De Byazi Azərbaycan yığmasının baş məşqçisi oldu
Rəhimova forma, Qasımova təqaüd verildi - FOTOLAR
AFFA-da İcraiyyə Komitəsinin fövqəladə iclası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
4 tur qalmış 35-ci dəfə çempion oldular - Uğur
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
"Arsenal" "Siti"yə məğlub oldu - Premyer Liqa
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
Azərbaycan kubokunda hakim təyinatları















Misli Premyer Liqası