reklam
İcraiyyə Komitəsinin üzvləri millinin məşqini izlədilər -
Sportfm.az xəbər saytı

İcraiyyə Komitəsinin üzvləri millinin məşqini izlədilər -FOTO


İyunun 3-də “Dalğa Arena”nın ərazisindəki milli komandaların məşq mərkəzindəki əsas meydanda AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri Azərbaycan milli komandası ilə görüşüb.

Sportfm.az xəbər verir ki, Rövnəq Abdullayev görüşdə çıxış edərək Avro-2020-nin dörd oyununun Bakıda keçiriləcəyini vurğulayıb, bu turnirin vacibliyini bir daha diqqətə çatdırıb. O, Avropa çempionatının seçmə mərhələsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığmaları ilə oyunlarda millimizə uğurlar arzulayıb.

Yığmamızın kapitanı Maksim Medvedev AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinin üzvlərinə komandanın adından təşəkkürünü bildirib.

Sonra İcraiyyə Komitəsinin üzvləri milli komandanın məşqini izləyiblər.

Oxşar xəbərlər

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşdü - FOTO
İcraiyyə Komitəsinin üzvləri milli komanda ilə görüşdü
AFFA İcraiyyə Komitəsinin gündəliyini açıqladı
AFFA rəsmiləri milli üzvləri ilə görüşdü - FOTO
AFFA yeni milli komanda yaratdı - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər