reklam
PFL prezidentinin son durumu məlum oldu
Sportfm.az xəbər saytı

PFL prezidentinin son durumu məlum oldu


Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun son durumuna aydınlıq gəlib.

“Liv Bona Dea Hospital”dan “Report”a verilən məlumata görə, Türkiyədən qayıdan qurum rəhbəri həmin klinikada müalicəsini davam etdirir.

Türkiyədə bir neçə əməliyyat keçirən E.Səmədov hazırda adıçəkilən hospitalda fizioterapiya alır.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Oxşar xəbərlər

PFL prezidentinin son durumu məlum oldu - AÇIQLAMA
PFL prezidenti üçüncü dəfə əməliyyat olunacaq
PFL-in iki əməkdaşı xəstəxanadan buraxıldı
Qəzaya düşən PFL əməkdaşlarının son durumu açıqlandı
PFL rəhbərliyi yol qəzasına düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər