reklam
Gimnastımız finalda -
Sportfm.az xəbər saytı

Gimnastımız finalda -Dünya çempionatı


Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu Dünya çempionatında Azərbaycan millisi daha bir nailiyyətə imza atıb.
Sportfm.az xəbər verir ki, batut gimnastikası üzrə qadınların fərdi proqramında yarımfinal mərhələsində çıxış edən Selcan Mahsudova 56.140 xalla 6-cı yeri tutub.

Beləliklə, o, final mərhələsinə yüksəlib və dünyanın ən güclü batut gimnastları arasında medallar uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Mahsudovanın əldə etdiyi nəticənin diqqətçəkən məqamlarından biri də onun Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Brioni Peyci 6 pillə qabaqlamasıdır.

Kişilərin fərdi proqramında isə Maqsud Mahsudov yarımfinal mərhələsində 37.850 xal toplayaraq mübarizəni 20-ci pillədə başa vurub.

Xatırladaq ki, Selcan Mahsudova və Maqsud Mahsudov Dünya çempionatında qarışıq sinxron proqramda da final mərhələsinə yüksəliblər. Beləliklə, Mahsudova Nankində həm fərdi, həm də qarışıq sinxron proqramda final həyəcanı yaşayacaq.

Oxşar xəbərlər

Dünya kubokunda qızıl medal
Azərbaycan gimnastları IV Avropa Oyunlarına lisenziya qazandı
Gimnastlarımızdan beynəlxalq turnirlərdə uğurlu çıxış
Batut gimnastlarımızdan 6 medal - MDB Oyunları
Azərbaycan qızıl və bürünc medal qazandı - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər