reklam
PFL-in iki əməkdaşı xəstəxanadan buraxıldı
Sportfm.az xəbər saytı

PFL-in iki əməkdaşı xəstəxanadan buraxıldı


Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) iki əməkdaşı xəstəxanadan evə buraxılıb.
Sportfm.az xəbər verir ki, bu haqda PFL-in media və marketinq direktoru Sənan Abdullayev bildirib.

Qurumun icraçı direktoru Zaur Hacı-Məhərrəmov və texniki-idman şöbəsinin direktoru Elgiz Abbasovun müalicəsi başa çatıb. Həkimlərin qərarına əsasən, onlar müalicələrini ev şəraitində davam etdirəcəklər.

S.Abdullayev bildirib ki, iki gün sonra onun özünün də evə buraxılacağı gözlənilir.

Qurumun prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin isə son durumu ilə bağlı yenilik yoxdur. Hər iki şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Oxşar xəbərlər

PFL prezidentinin son durumu məlum oldu - AÇIQLAMA
PFL prezidentinin son durumu məlum oldu
PFL prezidenti üçüncü dəfə əməliyyat olunacaq
Qəzaya düşən PFL əməkdaşlarının son durumu açıqlandı
Baş həkim PFL rəhbərliyinin son durumunu açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər