İki güləşçimiz finalda
Azərbaycanın 2 yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında finala yüksəlib.
Sportfm.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində yer alan Fəraim Mustafayev yarımfinalda türkiyəli Halil Çinarı 11:0, 80 kq--dakı İsmayıl Rzayev isə iranlı Seyid Azərşabı 9:0 hesabı ilə yenərək finala vəsiqə qazanıblar.
Fəraim həlledici görüşdə hindistanlı Suraj Suraj ilə, İsmayıl türkiyəli Alperen Berber ilə üz-üzə gələcək.
Yarımfinaldakı digər təmsilçilərimiz - Səid Xəlilov (48 kq), Əli Əlizadə (65 kq) və Məzaim Mərdanov (130 kq) müvafiq olaraq Hindistan, İran və Türkiyədən olan rəqiblərinə uduzublar. "Klassiklər"imiz sabah bürünc medal uğrunda mübarizə aparacaqlar.
Bu çəkilər üzrə medal görüşləri sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
Azərbaycanın daha 2 güləşçisi finalda - Dünya çempionatı
Bir güləşçimiz finalda, digəri uduzdu - Dünya çempionatı
Güləşçimiz erməni ilə görüşə bilər - Dünya Çempionatı
Güləşçimiz ermənini udub Avropa çempionu oldu - UĞUR
Romada yunan-Roma güləşçimiz finalda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası