Romada yunan-Roma güləşçimiz finalda
Romada güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, çempionatın ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kiloqram çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Məhəmmədəli Həsənov (67 kq) Çexiya və Moldovadan, Ülvi Qənizadə (72 kq) isə Ukrayna, Litva və Ermənistandan olan rəqiblərini üstələyərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda hər iki güləşçimizin rəqibi Gürcüstan idmançıları olub.
Gərgin və maraqlı keçən qarşılaşmada rəqibini üstələyən Ü.Qənizadə finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı olacaq.
Yarımfinalda uduzan Məhəmmədəli Həsənov isə bürünc medal uğrunda görüşə haqq qazanıb.
Final görüşləri avqustun 1-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
Güləşçimiz ran-Prinin finalında
Güləşçimiz Avropa Çempionatında finala çıxdı
Elis macarı uddu, yığmamız medal qazandı
Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib
Güləşçilərimiz ikinci yarış günündə 4 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası