reklam
Güləşçimiz ermənini udub Avropa çempionu oldu -
Sportfm.az xəbər saytı

Güləşçimiz ermənini udub Avropa çempionu oldu -UĞUR


Azərbaycanın yunan-Roma güləşçisi Fəraim Mustafayev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının qalibi olub.

Sportfm.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda ermənistanlı Lyüdviqyanla üz-üzə gəlib. Rəqibinə vaxtından əvvəl tam üstünlüklə (13:4) qalib gələn Mustafayev Avropa birinciliyinin qızıl medalını qazanıb.

Elvin İbadov isə finalda gürcüstanlı Vaxtanq Loluaya 1:4 hesabı ilə uduzaraq gümüş mükafatla kifayətlənib.

Bu gün daha iki yunan-Roma güləşçimiz finalda mübarizə aparacaq. Seymur Qasımov (65 kq) yunanıstanlı Arionas Kolitsopulos ilə, İsmayıl Rzayev (80) moldovalı Mihay Qutu ilə qızıl medal görüşünə çıxacaq. Digər güləşçimiz Məzaim Mərdanov (110 kq) bürünc medal uğrunda moldovalı Yeqor Jekovla qarşılaşacaq.

Oxşar xəbərlər

Güləşçilərimiz yenə qızıl medal qazandı
Daha iki güləşçimiz Avropa çempionu oldu
Azərbaycanın qadın güləşçiləri məğlub oldu - Avropa çempionatı
İki güləşçimiz finalda
Güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər