reklam
“Futvole Azərbaycanda populyarlaşacaq” -
Sportfm.az xəbər saytı

“Futvole Azərbaycanda populyarlaşacaq” -Dəvət


Beynəlxalq Futvole Federasiyasının rəsmiləri “İdman Azərbaycan” kanalının qonağı olub.
Sportfm.az xəbər verir ki, “Səhər idman”ın canlı efirində beynəlxalq qurumun prezidenti Vüsal Xəlilov, baş katib Əfqan Həmzəyev və futvole üzrə milli komandamızın kapitanı Fəyar Hüseynov tamaşaçıları maraqlandıran məqamlara toxunublar.
Federasiyanın rəhbəri futtennis və futvolenin Azərbaycandakı inkişaf mərhələsindən söhbət açaraq, prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi qayğını və verdiyi dəstəyi daim hiss etdiklərini bildirib.
50-dən çox ölkənin Beynəlxalq Futvole Federasiyasının bayrağı altında birləşdiyini söyləyən baş katib Əfqan Həmzəyev üzvlərin sayının durmadan artdığını qeyd edib. Bir çox mötəbər yarışları yüksək səviyyədə keçirmək təcrübəsinə malik olan ölkəmizin dünyada sevilən idman növlərindən biri olan futvole üzrə də mühüm turnirlərə ev sahibliyi edəcəyini deyən, Əfqan Həmzəyev idmansevərlərin Bakıda sabiq futbol ulduzlarını görə biləcəklərinin müjdəsini verib.
Futvole millimizin kapitanı Fəyar Hüseynov gələcəkdə bu idman növünün Azərbaycanda böyük populyarlıq qazanacağını vurğulayıb.
Qeyd edək ki, futvole üzrə Dünya Çempionatının avqust ayında Bakıda keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Dubayda Dünya Çempionatının seçmə mərhələ turniri start götürdü - FOTO
Rusiyalı assosiasiya prezidenti Bakıya gəldi - FOTOLAR
"Bundan sonra Azərbaycan yığmasının şərəfini qoruyacam" - Dünyaca məşhur ulduz
Bebeto: ”Azərbaycanı görmək istəyirəm”
ABŞ futvolesi böyük ailənin üzvü olacaq - Onlayn müzakirə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər