reklam
Əfqanıstana da məğlub olduq -
Sportfm.az xəbər saytı

Əfqanıstana da məğlub olduq -Dünya çempionatı


Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxıb.
Sportfm.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda 83-cü yer uğrunda Əfqanıstan millisi ilə qarşılaşıb. Hövsan Yarış Kompleksində keçirilən görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Əfqanıstan komandası daha dəqiq olub – 3:2.

Beləliklə, Azərbaycan millisi mundialı 84-cü pillədə başa vurub.

Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da, yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

Komanda C Divizionunda (81-96-cı yerlər uğrunda) daha əvvəl keçirdiyi görüşlərdə Çili (1:3), Vyetnam (2:4) yığmalarına uduzub, Cəbəllütariq (5:1) və Mozambik (4:1) millilərinə isə qalib gəlib.

Mundialda dünyanın 189 ölkəsindən FİFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Bu gün başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşləri və bağlanış mərasimi Bakı Kristal Zalında gerçəkləşəcək.

Oxşar xəbərlər

Yığmamız cırtdan ölkənin futbolçularına qalib gəldi
Azərbaycan millisi Çiliyə məğlub oldu - Dünya çempionatı
Millimiz Haiti yığmasına məğlub oldu - Dünya çempionatı
Azərbaycan millisi İsraili məğlub etdi - FIFA U-15 dünya çempionatı
Azərbaycan yığması daha 2 oyuna çıxacaq - FİFA U-15

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər