Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Mən “Sabah”ı daha yaxşı tanıyıram" -Qurban Qurbanov
Misli Premyer Liqasının IX turunda səfərdə “Sabah”la qolsuz bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Sportfm.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
– Maraqlı oyun oldu, pis alınmadı, yaxşı mübarizə və yüksək dinamika gördük. Demək olar ki, matçın son dəqiqələrinə qədər temp yuxarı səviyyədə qaldı. Qarşımızda yaxşı formalaşmış və özünə inamlı kollektiv var idi. “Sabah” Çempionlar Liqasındakı uğurlarından sonra özünü daha sərbəst hiss edir. Futbolçularımızın texniki səhvləri çox olsa da, mübarizədən qopmadılar və son nöqtəyə qədər mübarizə apardılar. Bu oyun hər bir futbolçumuz üçün gələcəkdə hansı səviyyədə olmalı olduğumuzu göstərən bir dərs oldu. Daha yaxşı formada və daha sərbəst olmalıyıq. Əlbəttə, stadiondakı atmosfer də xüsusi qeyd olunmalıdır. Çoxdandır burada oyunlar keçirilmirdi, gözəl təmir olunub və möhtəşəm ab-hava yaradılmışdı. Atmosferi gözəlləşdirən isə hər iki komandanın azarkeşlərinə təşəkkürümü bildirirəm.
– “Qarabağ” “Sabah”a qalib gələ bilməyəndə futbolçularda psixoloji təzyiq yaranır?
– Olur. Belə hallar qaçılmazdır, amma bu, normal prosesdir. Dünya futbolunda tez-tez rast gəlinən hallardır. Amma biz bu gərginliyi futbolçulara hiss etdirməməyə çalışırıq ki, oyuna tam hazır çıxsınlar.
– Zədəli qapıçı Martin Zlomisliçin vəziyyəti necədir, nə vaxt sıralara qayıdacaq?
– Yəqin ki, gələn həftədən fərdi məşqlərə başlayacaq. Həkimlərin yekun rəyindən sonra dəqiq məlumat verə biləcəyik, hazırda əzələ problemi var.
– Niyə əvəzetmələri az etdiniz? Ehtiyat qüvvə istədiyiniz səviyyədə yox idi?
– Açığı, hansı dəyişikliyi edəcəyimi bir qədər düşündüm. Amma oyunun tempi elə idi ki, aşağı düşməsini və vaxt saxlanmasını istəmədim. Düşündüm ki, hər iki komanda axıra qədər mübarizə aparsa yaxşı olar. Həm də ehtiyat oyunçular skamyasından daxil olacaq oyunçularla meydandakı balansı pozmaq istəmədim.
– Sanki hər iki komanda matçın gedişində bir-birindən müəyyən qədər ehtiyat edirdi…
– Ümumiyyətlə, matçın ilk hissəsi ilə ikinci taymı həmişə fərqli olur. Ola bilər ki, mən “Sabah”ı daha yaxşı tanıyıram, amma bəzi futbolçularımız rəqib oyunçuları yaxşı tanımırlar. Televiziyadan baxmaq və ya analizlərdə görmək başqadır, meydanda həmin oyunçuları, onların bacarıqlarını fiziki olaraq hiss etmək tamamilə başqa bir şeydir. Oyun keçdikcə futbolçular rəqibin səviyyəsini anlayır və daha sərbəst oynamağa başlayırlar.
– Montiel yenə heyətdə yox idi…
– O, zədəlidir. “Neftçi” ilə matçın sonlarına yaxın əzələsində ağrı hiss etmişdi. Ona görə də bu həftə ümumiyyətlə komanda ilə məşqlərə qoşulmamışdı./futbolpress.az/

Oxşar xəbərlər
"Rəqiblər hər zaman fərqli olur" - Qurban Qurbanov
"Onun sürəti, davranışı, idman xarakteri imkan verə bilər ki, daha böyük futbolçu olsun" - Qurban Qurbanov
"“Sumqayıt”ın futbolçusuna verilən qırmızı vərəqə ağır qərar ola bilər" - Qurban Qurbanov
Qurban Qurbanov: "Avropa oyunlarında temp başqadır"
"Amma onun potensialı bu deyil" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası