"Bundan sonra Azərbaycan yığmasının şərəfini qoruyacam" -Dünyaca məşhur ulduz
Braziliyanın Rio de Janeyro şəhərinə yollanan Dünya Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov daha bir tanınmış idmançı ilə görüşüb.
Sportfm.az xəbər verir ki, dünyada futvolenin ən parlaq simalrından sayılan Natalya Quitlerlə söhbət zamanı bir çox məqamlara toxunulub.
Azərbaycanda futvolenin gələcəkdəki inkişaf perspektivləri, Bakıda baş tutacaq dünya çempionatı, beynəlxalq turnirlər haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə iştirak edən Dünya Futvole Federasiyasının baş katibi Əfqan Həmzəyev Quitleri paytaxtımızda baştutacaq futvole üzrə dünya çempionatının digər seçmə mərhələlərinin keçiriləcəyi tarix və şəhərlərlə tanış edib.
Bakıda idmansevərləri bir araya toplanacaq dünya çempionatı ilə yaxından maraqlanan idmançıya beynəlxalq qurumun prezidenti hədiyyələr verib.
Hədiyyələr sırasında Azərbaycan yığmasının formasını görən ulduz braziliyalı "bundan sonra Azərbaycan yığmasının şərəfini qoruyacam" deyərək, zarafatından da qalmayıb.
Qeyd edək ki, Natalya/Vanessa cütlüyü Rio de Janeyronun məşhur Kopabakana çimərliyində 29 aprel 2 may tarixlərində baş tutan futvole üzrə Braziliya Super Liqasında qalib gələrək Bakıdakı dünya çempionatında oynamaq hüququ qazanıb.



Oxşar xəbərlər
“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət
Romario səfir olacaq - Azərbaycanlı prezident onun razılığını alıb
Braziliya komandası Bakıya gələcək - Dünya çempionatı
Bebeto: ”Azərbaycanı görmək istəyirəm”
ABŞ futvolesi böyük ailənin üzvü olacaq - Onlayn müzakirə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası