reklam
Könül Əliyeva qızıl medal qazandı
Sportfm.az xəbər saytı

Könül Əliyeva qızıl medal qazandı


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycan millisinin üzvü Könül Əliyeva tarixi nəticəyə imza atıb.

Sportfm.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub. Bununla Könül Əliyeva Böyük Dəbilqə yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.

Mübarizəyə 1/8 finaldan başlayan Əliyeva əvvəlcə Özbəkistan təmsilçisi Ulbusin Xakimovanı, 1/4 finalda niderlandlı Amber Gersyesi, yarımfinalda isə Fransa cüdoçusu Melani Lequ-Klemanı məğlub edib.

Həlledici görüşdə Türkiyə təmsilçisi Merve Azakla qarşılaşan Könül Əliyeva rəqibindən üstün olaraq qızıl medala sahib çıxıb.

Bu, eyni zamanda Könül Əliyevanın böyüklər arasında Dünya Cüdo Turunda qazandığı ilk qızıl medaldır.

Oxşar xəbərlər

Cüdoçumuz Əbu-Dabi Böyük Dəbilqəsinin qalibi olub
Yusifov “Böyük Dəbilqə” turnirinin qalibi oldu
3 cüdoçumuz mübarizəyə başlayır - Dünya çempionatı
Cüdoçumuz “Böyük Dəbilqə”də qızıl medal qazandı - Uğur
Könül Əliyeva Avropa çempionu oldu - UĞUR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər