ABŞ futvolesi böyük ailənin üzvü olacaq - Onlayn müzakirə
Beynəlxalq Futvole Federasiyası əlaqələrini genişləndirməkdə davam edir.
Sportfm.az xəbər verir ki, təsis edildiyi gündən etbarən bir çox istiqamətlərdə mühüm işlər görərək, beynəlxalq qurumun işini təkmilləşdirmək istiqamətində vacib qərarlar verən prezident Vüsal Xəlilov bu dəfə ABŞ-da fəaliyyət göstərən futvole federasiyası ilə əməkdaşlığın təməlini qoyub. Belə ki, ötən gün ABŞ Futvole Federasiyasının rəsmisi Luis Qomes Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov və baş katib Əfqan Həmzəyevlə onlayn şəkildə ünsiyyət quraraq görülən və görüləcək işlərdən, gələcək planlardan bəhs edib. Okeanın o tayında futvolenin təbliği üçün əllərindən gələni etdiklərini bildirən Qomes bu işdə Beynəlxalq Federasiyanın dəstəyinə ehtiyacları olduğunu vurğulayıb. Şimali Amerikada bu idman növü üzrə yarışların təşkili, futvolenin populyarlaşdırılması da əsas diskusiya mövzularından olub. Öz növbəsində beynəlxalq qurumun rəhbəri Vüsal Xəlilov bundan sonra təşkil ediləcək mühüm turnirlərdə ABŞ idmançılarının iştirakının təmin edilməsi üçün lazımi addımlar atılacağını söyləyib.
Qeyd edək ki, ABŞ-da Futvole Federasiyası uzun illərdir var və ölkənin 12 ştatında bu ecazkar idman növü üzrə yarışlar keçirilir. Üstəlik, ABŞ-da komandalar futvole üzrə 3 divizionda mübarizə aparır.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |