reklam
Avropa Kubokunda ilk qələbəmiz
Sportfm.az xəbər saytı

Avropa Kubokunda ilk qələbəmiz


Azərbaycanın “Gəncə” basketbol klubu FIBA Avropa Kubokunda cari mövsümün ilk qələbəsini qazanıb.

Sportfm.az xəbər verir ki, C qrupunun IV turu çərçivəsində Gəncə İdman Sarayında Portuqaliyanın “Sportinq” klubunu qəbul edən təmsilçimiz son saniyələri gərgin keçən qarşılaşmanı 69:67 hesablı üstünlüklə başa vurub.

Murad Dikmenin rəhbərlik etdiyi komanda bu zəfərlə avrokubokların qrup mərhələsindəki ilk uğuruna imza atıb.

“Gəncə” əvvəlki oyunlarda Yunanıstanın “Kolossos” (62:80) və Türkiyənin “Esenler Erokspor” (63:92) klublarına məğlub olmuş, Bolqarıstanın “Rilski Sportist” kollektivi ilə III tur qarşılaşması isə təxirə salınmışdı.

Gəncəlilər növbəti matçını noyabrın 4-də Rumıniyada “Universitatya”ya (Krayova) qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Oxşar xəbərlər

“Gəncə”nin oyunu təxirə salındı - Avropa kuboku
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
Gəncə İdman Sarayında Avropa Kuboku həyəcanı
“Gəncə”nin Avropa Kubokundakı rəqibləri bilindi
“Gəncə” növbəti qələbəsini qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər