
Rusiyalı assosiasiya prezidenti Bakıya gəldi - FOTOLAR
Rusiya çimərlik idman növləri üzrə assosiasiyasının prezidenti İlya Volodarski Beynəlxalq Futvole Federasiyasının rəhbəri Vüsal Xəlilovun dəvəti ilə Azərbaycana gəlib.
Sportfm.az xəbər verir ki, paytaxtımıza səfər edən rusiyalı komitə rəhbəri Vüsal Xəlilovla görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində qarşılıqlı razılığa gəlinib. Volodarski rəhbəri olduğu qurumun futvole idman növünə olan marağından bəhs edərək, Beynəlxalq Futvole Federasiyasının bayrağı altında keçirilən turnirlərdə iştirak etməkdən böyük məmnunluq duyacaqlarını, gələcəkdə bu yöndə mühüm addımlar atılacağına söz verib.
Eyni zamanda Beynəlxalq Federasiyasının prezidenti Vüsal Xəlilov Rusiyada keçirilən futvole yarışlarının yüksək səviyyədə təşkil edilməsindən danışaraq, bu məsələdə daha da sağlam addımlar atmaq üçün, dünya təcrübəsinin öyrənilməsi və tətbiqi ilə bağlı qarşı tərəfə lazım olan köməkliyi göstərməyə hazır olduqlarını bildirib.
Görüşdə Beynəlxalq Futvole Federasiyasının digər rəsmiləri ilə yanaşı Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilov da iştirak edib.
Qeyd edək ki, İlya Volodarski Bakıda digər qurumlarla da görüşməyi planlaşdırır.

№ | Komanda | o | x |
1 | Sabah | 1 | 3 |
2 | Qarabağ | 1 | 3 |
3 | Qəbələ | 1 | 3 |
4 | Zirə | 1 | 3 |
5 | Neftçi | 1 | 3 |
6 | Kəpəz | 1 | 0 |
7 | Şamaxı | 1 | 0 |
8 | Səbail | 1 | 0 |
9 | Turan | 1 | 0 |
10 | Sumqayıt | 1 | 0 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Qaradağ Lökbatan | 24 | 55 |
2 | Şamaxı-2 | 24 | 44 |
3 | Qarabağ-2 | 24 | 42 |
4 | Sabah-2 | 24 | 39 |
5 | Neftçi-2 | 24 | 38 |
6 | MOİK | 24 | 36 |
7 | Kəpəz | 24 | 36 |
8 | Zaqatala | 24 | 33 |
9 | Qəbələ-2 | 24 | 33 |
10 | Turan Tovuz | 24 | 33 |
11 | Sumqayıt-2 | 24 | 20 |
12 | Səbail-2 | 24 | 15 |
13 | Zirə-2 | 24 | 12 |