Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Canni İnfantino Prezident İlham Əliyevə təşəkkür edib
FİFA prezidenti Canni İnfantino Bakıda keçirilən U-15 Dünya Çempionatı və Festivalının təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Sportfm.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
İnfantino turnirin açılış oyununda Prezident İlham Əliyevlə birlikdə iştirak etmək fürsəti qazandığını qeyd edib. O, tarixi qarşılaşmanı birgə izlədiklərini, futbol sevgisi və bu idman növünün insanları bir araya gətirmək gücü barədə söhbət etdiklərini bildirib.
FİFA prezidenti futbolun insanlara ümid verdiyini, sevinc bəxş etdiyini, körpülər qurduğunu və ömürlük dostluqlar yaratdığını vurğulayıb.
İnfantino turnirin təşkilində Azərbaycan rəhbərliyinin roluna da toxunub: “Prezident İlham Əliyevin dəstəyi bu yarışın Bakıda keçirilməsində mühüm rol oynayıb”.
O əlavə edib ki, FİFA ilə Azərbaycanın əməkdaşlığı sayəsində qurumun 189 üzv assosiasiyasından olan gənc futbolçular istedadlarını beynəlxalq səviyyədə nümayiş etdirmək və arzularına bir addım da yaxınlaşmaq imkanı əldə ediblər.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalının rəsmi açılış mərasimi oktyabrın 24-də Bakıda keçirilib. Açılış oyununda Azərbaycan millisi Timor-Lesteni 6:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər
Prezident Canni İnfantinonu qəbul etdi - FOTO
İnfantino Trampa bilet hədiyyə etdi
FİFA prezidenti azarkeşləri qəzəbləndirdi
FİFA prezidenti İlham Əliyevə təşəkkür etdi
İlham Əliyev İnfantino ilə görüşdü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası