Dubayda Dünya Çempionatının seçmə mərhələ turniri start götürdü -FOTO
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində futvole üzrə dünya çempionatının daha bir seçmə turniri start götürüb.
Sportfm.az xəbər verir ki, Beynəlxalq Futvole Federasiyasının bayrağı altında, “Road to Baku” şüarı ilə baş tutan yarışda 8 ölkənin idmançıları mübarizə aparır.
Açılış mərasimində BƏƏ Futvole Federasiyasının rəhbəri Kevin Deneker bütün iştirakçılara uğurlar arzulayaraq, mükafatçılar sırasına düşən komandaların Bakıda qüvvəsini sınayacağını söylədi.
Tədbirdə iştirak edən Beynəlxalq Federasiyanın baş katibi Əfqan Həmzəyev maraqlı idman mübarizəsinə şahidlik edəcəklərinə əmin olduğunu və qaliblərə kubok və medalların təqdim ediləcəyini bildirdi. Həmzəyev beynəlxalq qurumun prezidenti Vüsal Xəlilovun Dubaydakı turnirə böyük önəm verdiyini və gələcəkdə İran körfəzi sahillərində müxtəlif tədbirlər keçirməyi planlaşdırdığını qeyd etdi.
Qeyd edək ki, turnirin nəticələri və fotoları saytımızda yerləşdiriləcək.
Oxşar xəbərlər
"Latsio"nun sabiq ulduzu futvoleni çox sevir - Blits müsahibə
Danimarka yığması Bakıya gəlir - Dünya çempionatı
Dubay, Batumi, Arsuz.... Yarışların təqvimi açıqlandı
“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət
Dünya futbolunun sabiq ulduzları Bakıya gələcək - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qurban Qurbanovdan futbolda çox şey öyrəndim" - Ayxan Abbasov
-
Millimizə seçimlər davam edir
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
-
Qurbanovun mətbuat konfransının vaxtı bilindi
-
U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək














Misli Premyer Liqası